16 Fevral 2019
İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

Futbol üzrə İspaniya Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da bu turnirdə növbəti matçına çıxıb.
Sequnda təmsilçisi səfərdə “Luqo” ilə qarşılaşıb. Eddi də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Alkorkon” isə meydanı məğlub tərk edib – 0:1. Bu məğlubiyyət nəticəsində İsrafilovun komandası İspaniya Kubokunun final mərhələsinə vəsiqə qazanmaq şansını itirib.
Tarix: 18 Oktyabr [11:20]
|
Oxunub: 65 dəfə
|
Müəllif: Aut.az
|