“Sabah”da intriqa - Prezidentlə baş məşqçinin qarşıdurması!

Azərbaycan futbolu ola, orda intriqa olmaya.
 
Amma gözləmək olardı ki, heç olmasa, “dünənin uşağı” olan “Sabah”da intriqaların başlaması bir-neçə ildən sonra olacaq.
 
Hələ klub formalaşdırmalı, nəyin necə olduğunu öyrənməli, sonra intriqaya başlamaq lazımdır axı. Ancaq “Sabah”dakılar klub formalaşdırmaq hayında deyillər.
 
Klubdakı mənbəmizin verdiyi məlumata görə, prezident Maqsud Adıgözəlovla baş məşqçi Elşad Əhmədov arasında münasibətlər olduqca gərgindi. 
 
Münasibətlərin gərginləşməsini şərtləndirən səbəb də bəllidi. Baş məşqçi Elşad Əhmədov rəhbərliyə bildirib ki, klub yeni formalaşdığı, üstəlik, avrokuboklarda iştirak etməyəcəyi bəlli olduğu üçün əsasən, yerli futbolçulara şans vermək lazımdı.
 
Əhmədov yerli gənclərin heyətə cəlb edilməsini, 2-3 il ərzində onların püxtələşdirilməsinin tərəfdarı olduğunu bildirib. Ancaq Maqsud Adıgözəlov onun bu ideyasını qəbul etmir.
 
Prezident legionerlərin üstünlük təşkil etməsinin tərəfdarıdı. O, avrokuboklarda iştirak etmək üçün lisenziyaları olmasa belə, komanda qarşısında yüksək yerlərdən birini tutmaq tələbi qoyur. 
 
Klubdakı mənbənin verdiyi məlumata görə, prezidentin legionerlərə üstünlük verməsi ilə bağlı şübhəli məqamlar var. İddialara görə, komandaya dəvət edilən legionerlər vasitəsilə çirkli vəsaitin “yuyulması” prosesi həyata keçirilir.
 
Burda əsas vasitəçi isə həmin legionerləri “Sabaha”a gətirən agentlərdi. Onlar əvvəlcədən hər bir futbolçu ilə danışaraq, məsələni həll edirlər ki, əlavə söz-söhbət yaranmasın. 
 
Mənbə bildirir ki, “Sabah”da futbolçu transferinə Elşad Əhmədovun qarışmaq hüququ yoxdu. O, bu məsələ ilə  bağlı narazılığını bildirdikdən sonra Maqsud Adıgözəlovla münasibətləri gərginləşib.
 
Məlumata görə, Adıgözəlov artıq Elşad Əhmədovdan qurtulmaq üçün məqam axtarır. Onun baş məşqçi postuna namizədi də var.
 
“Sabah” bir neçə oyunda da məğlub olsa, Maqsud Adıgözəlov baş məşqçinin dəyişdirilməsi prosesinə başlayacaq.
 
Mənbə bildirir ki, Elşad Əhmədov komandanın himayəçisi Mikayıl Cabbarovla görüşmək, “Sabah”da baş verənlərlə bağlı onu məlumatlandırmaq niyyətindədi.
 
Amma böyük ehtimalla, Elşad Əhmədovun nazirlə görüşə bilməməsi üçün hər cür maneə yaradılacaq. Ola bilsin ki, nazirə, Əhmədov haqda məlumatlar da ötürülsün.(sportinfo)
 
Onu, yerli futbolçulardan “haqq” almaqda ittiham edə və ləkələyərək klubdan uzaqlaşdıra bilərlər. 
Tarix: 17 Oktyabr [17:40]
Oxunub: 139 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az