17 Fevral 2019
Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

“Çelsi”nin futbolçusu Sesk Fabreqas “Ginnesin rekordlar kitabı”na düşüb.
Fabreqas İngiltərə Premyer Liqasında 100 qol ötürməsini hamıdan tez verib. O, cəmi 293 oyunda bu göstəriciyə nail olub.
Bundan əvvəlki rekord isə “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzə məxsus idi. Sesk onun göstəricisini 74 oyun yaxşılaşdırıb.
Giqqz 100 qol ötürməsini 367 oyunda etmişdi.
Tarix: 17 Oktyabr [16:20]
|
Oxunub: 49 dəfə
|
Müəllif: Aut.az
|