“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Almaniyanın “Köln” klubu heyətinə yeni futbolçu cəlb edib.

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi keçmiş hücumçusu Antoni Modeste ilə müqavilə imzalayıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə “Köln”ün 30 yaşlı forvardla 3 aylıq müvəqqəti protokol imzaladığı bildirilib.

Modeste 2017-ci ildə “Köln”dən Çinin “Tyantzin Tyantsyan” klubuna keçib. Fransalı futbolçunun transfer hüquqları Çin klubuna məxsusdur. O, “Tyantzin Tyantsyan”dan transfer vərəqini ala bilsə, “Köln”lə rəsmi müqavilə imzalayacaq.

Modeste ilə yay transfer pəncərəsi dövründə “Qalatasaray” yaxından maraqlanırdı.

Tarix: 17 Oktyabr [16:00]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az