“CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

 Azərbaycan Premyer Liqasının yayım hüququnun sahibi olan “CBC Sport” bunun üçün 700 min manat ödəməlidi. AFFA və Peşəkar Futbol Liqasının 2015-ci ildə elan etdiyi qondarma tenderin qalibi olan telekanal hər mövsüm üçün bu məbləğdən keçməlidi.
 
Aparıcı Avropa ölkələrində klubların qazandığı yüzmilyonlardan danışmırıq. Cəmi 700 minlik müqavilə var və onu da klublar arasında böləndə hərəyə heç 100 min düşmür. Anlaşmaya görə, bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünməlidi.
 
Artıq 3-cü mövsümdü “CBC Sport” yayım hüququnun sahibidi və bugünədək klubların hesabına qara qəpik də köçürülməyib. Kanal AFFA-ya hansısa məbləğ ödəmədiyindən, bu qurumun da klublara paylaşma etməsi mümkün deyil. Olmayan şeyi bölmək olmur.
 
“CBC Sport” müqaviləyə niyə əməl etmir? Klubların haqqı niyə tapdanır?
 
Telekanalın türkiyəli direktoru Volkan Üst cavab verməyə lüzum görmür. O, bu haqda bəyanat və ya müsahibə vermək niyyətində deyil. Əməkdaşımızla söhbətində 15 min dollar maaş alıb, özünü toxunulmaz sayan rəhbər belə deyib.
 
Hüquqlarımızı bilirik, rəsmi müraciət edə, onu açıqlama verməyə zorlaya bilərik – borcudu! Lakin lazım deyil, ağalarının buyruğunu yerinə yetirir, qoy, qarnını sığallayıb “baş üstə” desin. Ona deyiblər ki, “sus, danışma”, o da əməl edir.
 
Ona görə susdurulur ki, kanalın da, AFFA-nın, klubların əksərinin də bir yiyəsi var. Həmin şəxs həm də SOCAR-ın, yəni maliyyəni ayıranın rəhbəridi. Sağ cibdən sol cibə, oradan da mədəyə - idarəetmə üsulları budur. Haqqı tapdanan klublardı, onlar da hansısa səviyyədə asılıdılar. Şura komandaları onsuz da AFFA-dan/SOCAR-dan maliyyələşir, müstəqil olan “Qarabağ”, “Qəbələ” və “Zirə” isə 80-90 minin davasını etmir, kiçik məbləğə görə “böyüklər”lə münasibətlərini korlamırlar.
 
Beləcə klubların sponsorlarının ölkə futboluna qarşılıqsız xərclədiklərinin əvəzində götürə biləcəyi kiçicik xeyir də onlara çatmır. Halbuki dünya klubları gəlirlərinin böyük hissəsini adətən teleyayımdan götürürlər, bizdə isə bu sahənin inkişafı bilərəkdən əngəllənir. Deyək ki, klublara pul ödəyən ba.qa telekanal yoxdu. Azərbaycanda reallıq belədi, razıyıq. O zaman dövlətin 10 milyonunu havaya sovuran “İdman Azərbaycan” varkən daha bir kanalı yaratmağın, büdcəni bir az da zorlamağın mənası nədi? Dövlət vəsaitindən daha çox oğurlamaq üçünmü bu addım atıldı?
 
İş ondadı ki, klublar da yalnız xəlvətdə şikayətlənir,mətbuata dərdlərini deyirlər, rəsmi şəkildə isə heç kim pulunu istəmir. Əvvəllər klubların üzvlük haqqlarının, rüsumlarının, cərimələrinin həmin puldan tutulduğu haqda söhbətlər var idi. Lakin dünən danışdığımız klub rəsmiləri teleyayımdan gəlməli olan pulun hətta bu şəkildə də onlara çatmadığını bildirdilər.
 
İndi araşdırmaq lazımdı: “CBC Sport”un büdcəsindən gedən pullarda yayıma görə xərclər nəzərdə tutulubmu? Qanunla tutulmalıdı – bəs, həmin pullar klublara çatmırsa, hara gedir? Ümumiyyətlə, klubların hüquqlarını kim qorumalıdı? PFL? Bu qurumun rəsmiləri hətta danışmağa cürət etmir. Klublar Komitəsi? Bu qurum çoxdandı yığışmır, yığışanda da dəxli olmayan hər şeydən danışırlar, bu məsələ isə gündəmə gətirilmir. Yalnız bir dəfə “Qəbələ” və “Zirə” rəhbərliyi məsələ qaldırıb, onda da telekanalla problemi özlərinin həll etməsi məsləhət bilinib.
 
Kəsəsi, yayım pulu da monopolistlərin əlindədi. Nə pul vermirlər, nə də danışmağa qoymurlar. Klublar əlavə təzyiqlərdən qorxduğu üçün sakit dayanıb, haqqlarını tələb etmir. Volkan Üst isə sistemi yaxşı qavrayıb, hətta qarnını sığallamağı buraxıb açıqlama verməyi özünə rəva görmür, ağalarına arxayındı.
 
Sizcə, belə rejimlə, bürokratik əngəllərlə, diktatura ilə klub futbolunun inkişafı, marketinq işinin qurulması mümkündümü? Əsla!
Tarix: 17 Oktyabr [15:20]
Oxunub: 205 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az