“Sabah”ın prezidentinin “gizli oyun”u

Bu həftə klublarımızdan bəziləri Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən səmərəli istifadə etmək üçün yoxlama görüşlərində qüvvələrini sınayıblar. Məsələn, “Qəbələ” “Səbail”lə, “Keşlə” MOİK-lə, “Sabah” isə “Sabah-2” komandası ilə qarşılaşıb. Digər oyunlardan fərqli olaraq, “Sabah” - “Sabah-2” matçında azarkeşlərin stadiona girişi qadağan olunub. Debütant Azərbaycan futboluna yenilik gətirib. Bərəkallah!
 
Belə ki, bazar günü saat 14:00-da start götürən oyunu izləmək istəyən 10-15 nəfər yerli azarkeş stadiona buraxılmayıb. İstirahət günü futbola baxıb, zövq almaq istəyən masazırlıların arzuları ürəklərində qalıb. Səbəb soruşanda, “klubun prezidenti bizə belə göstəriş verib” cavabını alıblar.
 
Deyirəm, qulaq gündə bir söz eşitməsə, kar olar. “Qapalı məşq” eşitmişdik, “qapalı oyun”u da indi eşitdik. Qapalı oyun da olurmuş, sən demə. “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun ideyasıdır, deyilənə görə. Bu ideyanın hansı məqsədə qulluq etməsi, həqiqətən, mənə çox maraqlıdır.
 
Maraqlıdır ki, Adıgözəlov Masazırda azarkeş qazanmaq istəyir, yoxsa nifrət? Əgər o, bu addımı ilə azarkeş nifrəti qazandığının fərqində deyilsə, ətrafı ona bu işdə kömək olsun, heç olmasa. Misal olaraq desinlər ki, elə olur, Madrid “Real”ının gündəlik məşqlərinə 10 mindən çox azarkeş toplaşır. Bunu da qəbul etməsə, heç uzağa da getməsinlər, yaxın keçmişi, Tovuzda “Turan”ın məşqlərini 500-600 nəfər azarkeşin izləməsini nəzərinə çatdırsınlar. Mən hələ məşqləri misal gətirirəm, qaldı ki, yoxlama oyunu ola… Oyun çıxarmayın, siz Allah… (sportlife)
Tarix: 17 Oktyabr [15:00]
Oxunub: 81 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az