"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq”inin prezidenti Federiko Varandaş komandanın sabiq qapıçısı Ruy Patrisiunun İngiltərə "Vulverhempton"una keçidinə dair təzminat məsələsində razılıq əldə edib.
 
Lissabon təmsilçisi 30 yaşlı qolkiperə görə 12 milyon avro əldə edəcək. Portuqaliyalı oyunçu iyunda "Sportinq”lə müqaviləsini ​ləğv edərək, "Vulverhempton"a azad agent kimi keçib. 
 
Varandaş yayda klubu pulsuz tərk edən futbolçular üçün təzminat almağı qərara alıb. Bu razılaşmadan sonra o, İspaniya "Atletiko"suna azad agent kimi transfer olunan Gelson Martins üçün də təzminat almağa çalışacaq. 
 
Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş "ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə ​yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.
Tarix: 17 Oktyabr [14:00]
Oxunub: 48 dəfə
Müəllif: Aut.az

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Aut.az

Millinin rəqibi Gürcüstanla qarşılaşacaq

Aut.az

Ozan Can oynamadı

Aut.az

"Mançester Yunayted"də Lukaku qərarı

Aut.az

Paşayev komandasına kömək edə bilmədi

Aut.az

“Arsenal”dan “Napoli”yə

Aut.az

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

Aut.az

Günün oyunları – TV

Aut.az

Dadaşov oynamadı

Aut.az