Almeyda 2-ci, Qarayev 4-cü oldu

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.
 
Milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 298 ötürmə ilə 2-ci, Qarayev 276 dəqiq ötürmə ilə 4-cüdür. Siyahının 5-ci pilləsində "Qəbələ"nin və "Keşlə"nin sabiq gürcüstanlı futbolçusu Nika Kvekveskiri qərarlaşıb.
 
1. Serxio Ramos (İspaniya) - 304
2. Riçard Almeyda (Azərbaycan) - 298
3. Aleksandru Epureanu (Rumıniya) - 283
4. Qara Qarayev (Azərbaycan) - 276
5. Nika Kvekveskiri (Gürcüstan) - 253
 
Liqada 4 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç və Belçika yığmasının hücumçusu Romelu Lukaku ilk iki pilləni böülüşürlər. Timu Pukki (Finlandiya), Eqziyan Alioski (Makedoniya), Edin Ceko (Bosniya və Herseqovina), Daniel Sinani (Lüksemburq) 3 qolla növbəti pillələri bölüşürlər.
 
Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (5).
 
Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidir (30). Lixtenşteynin qolkiperi Benjamin Büxel 26, Malta yığmasının çərçivə qoruyucusu Endryu Hoqq isə 24 seyv edib.
Tarix: 17 Oktyabr [13:30]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az