AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

FFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Stuxlik olmamalı imiş. "UEFA-nın tövsiyə etdiyi adam” kimi təqdim edilən əcnəbini, əslində, bizimkilərlə anlaşa bilməyən sabiq FIFA referisi ölkəmizə göndərib.

 

Baş katib Elxan Məmmədov ilk öncə UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasla danışıq aparıb. AFFA yunanın komitə sədri olmasını arzulayırmış. Lakin daha parlaq karyera haqda düşünən Vassaras təklifdən imtina edib və qanadı altına aldığı Stuxlikin xidmətini təklif edib.

 

Stuxlik də borclu qalmayıb. "Əl əli yuyar, əl də üzü” prinsipini unutmayan yeni sədrimiz AFFA-nı Vassarasla başqa formalı əməkdaşlığa məcbur edib. O, hakimlərin hazırlanmasında fayda verəcəyini iddia edərək Kirosla sanballı şərtlərlə müqavilə bağlanmasına nail olub. Yunan hər 2-3 aydan bir gəlib hakimlərimiz üçün seminar keçəcək və yüksək məbləğdə qonorar alacaq.

 

 

Bu məqsədlə Vassarasla AFFA arasında gizli saxlanılan 2 illik müqavilə imzalanıb. O, ayın əvvəlində hakimlərdən test götürülməsi prosesində iştirak etməklə fəaliyyətə başlayıb.(futbolinfo)

 

Kəsəsi, ölkənin, SOCAR-ın, AFFA-nın büdcəsinin dağıdılması prosesi davam edir. Bütün dünyada hakimlik məktəbi ilə tanınan Azərbaycan Elxan Məmmədovun sayəsində əcnəbilərin əlində qalıb. Təki pul üstündə məqsədli dostluqlar qurulsun...

Tarix: 17 Oktyabr [12:30]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az