Azərbaycanlının klubunda döyüşüb - Həbib Nurməhəmmədov

UFC çempionu Həbib Nurməhəmmədov Ukrayna vətəndaşlığı ala bilərmiş.

Bu barədə məlumatı Həbibin dayısı Aleks Nurməhəmmədov verib. O, bildirib ki, Həbib Ukraynanın hakimiyyət orqanlarına müraciət etsə də, “hə” cavabı ala bilməyib. Dayısı Həbibin buna görə incidiyini də vurğulayıb:

“Biz bütün gücümüzü sərf etdik ki, Həbib Ukrayna vətəndaşlığını alsın. Biz Ukraynanı, onun xalqını sevir və dəyərləndiririk. Deyirlər ki, harda doğulmusansa, vətən də oradır. Amma mən hesab edirəm ki, sənin üçün yaşamaq harda yaxşıdırsa, vətən də məhz oradır. Planlaşdırmışdıq ki, Həbib Ukraynanın şərəfini qorusun, ancaq bu planımız alınmadı.

Bəli, Həbib buna görə bir az incidi də. O, tez-tez soruşurdu ki, niyə pasport vermirlər, niyə məsələyə belə yanaşırlar? O, özünün ilk döyüşünə Poltavadan uçub. Həmin vaxt “Antares-2000” klubunda çıxış edirdi. Bu klub Viktor Krivoruçkoya məxsus idi.

Daha sonra Kiyevdə “Combat-DOBRO” klubunun şərəfini qorudu. Bu kluba Elxan Vəliyev rəhbərlik edirdi. O, Ukraynanın Döyüş Sambosu Federasiyasının prezidenti idi. Həmin vaxt mən federasiyada vitse-prezident postunda çalışırdım. Ancaq ona pasport vermədilər və biz də Həbibi Rusiyaya yola saldıq”.

Əslən azərbaycanlı olan Elxan Vəliyev həm də Avropa Döyüş Sambosu Federasiyasının prezidentidir. Elxan Vəliyevin atası Nazim Vəliyev əslən Naxçıvanın Şərur rayonundandır. İdmançının anası isə ukraynalıdır. Sərbəst güləş üzrə SSRİ idman ustası olan Elxan Vəliyev 2006-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində veteranlar arasında döyüş sambosu üzrə keçirilən dünya çempionatında qələbə qazanıb. Bundan başqa, o, 2008-ci ildə İsveçdə sərbəst güləş üzrə veteranlar arasındakı dünya çempionatının qalibi olub.

Tarix: 16 Oktyabr [18:40]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az