"Kurtlar Vadisi Türkiyə Futbolu" - FOTOLAR

Son illər Türkiyə futbolu daha çox qalmaqallarla gündəmə gəlir. Meydanda və tribunalarda baş verən olaylar bir yana, futbolçu və məşqçilərin meydandankənar hərəkətləri müzakirə mövsümünə çevirilir. Son olaraq Arda Turanın gecə klubunda müğənni Berkay Şahini döyərək burnunu sındırması və ardınca silahla xəstəxanaya hücum etməsi buna misaldı.
 
Bu arada Türkiyə mediası son illər adı qalmaqallarda hallanmış məşqçi və futbolçuları əfsanəvi "Kurtlar Vadisi" serialının qəhrəmanları ilə müqayisə edib. Hazırlanmış siyahını təqdim edirik.
 
Fatih Terim - Mehmet Karahanlı
 
 
Türkiyə futbolunun ən uğurlu məşqçisi olsa da, İsveçrə matçındakı olaylardan kababçıdakı davaya qədər adı bir çox qalmaqallara qarışan Fatih Terim "Kurtlar Vadisi" konseyinin baronu Mehmet Karahanlıya bənzədilib.
 
Emre Belözoğlu - Testere Necmi
 
 
Bir zamanlar Türkiyənin ən istedadlı futbolçusu hesab edilən Emrenin adı meydandankənar olaylara çox qarışmasa da, bəzən oyun zamanı özünü elə itirir ki, etmədiyi hərəkət qalmır. Buna görə də o, meydandakı hərəkətləri ilə "Kurtlar Vadisi"nin Testere Necmisi adlandırılıb. Emrenin Fatih Terimlə yaxınlığı Testerenin baronla yaxınlığı ilə müqayisə olunur.
 
Arda Turan - Süleyman Çakır
 
 
Tez-tez dava-dalaşları ilə gündəmə gələn Arda konsey üzvü, "İstanbul səfiri" və Laz Ziyanın kürəkəni Süleyman Çakırla bənzədilir. Onun kimi hisslərinə və əsəblərinə nəzarət edə bilmir, "ağır abi" tipi ilə tanınır.
 
Burak Yılmaz - Laz Ziya
 
 
"Kurtlar Vadisi"ndə trabzonlu Laz Ziya ədalət təmsilçisi və heç bir halda dostlarını satmayan obrazdı. Arda Turanın Berkay Şahinlə davasında dostunu müdafiə edən Burak gecə klubundan çölə çıxan və müğənninin üzərinə yeriyənlərdən biri olub.
 
Volkan Demirel - Tombalacı Mehmet
 
 
Bədən qurluşu ilə ön plana çıxan Volkan Tombalacı Mehmet kimi əsasən hər kəsi təhrik edən bir xarakterə sahibdi. Meydanda rəqibləri ilə dalaşması, rəqib azarkeşlər tərəfindən daim fitə basılması onun Tombalacıya bənzədilməsinə səbəb olub.
 
Caner Erkin - Hüsrev Ağa
 
 
Meydanda tez-tez əsəbiləşən, daim mübahisə edən və cəzalanmasına rəğmən hərəkətlərinə nəzarət etməyən Caner bu xarakteri ilə "Kurtlar Vadisi"nin adət-ənənə tərəfdarı Hüsrev Ağaya oxşadılır.
 
Gökhan Töre - Kılıç
 
 
Həddən artıq əsəbiləşməyən, amma bəzən ani hərəkətləri ilə özünə bənzəməyən Gökhan Töre bir neçə ilə əvvəl millinin düşərgəsində komanda yoldaşı Ömer Toprakın ağzına silah dayamışdı. Məhz bu olaya görə o, "Kurtlar Vadisi"nin Kılıçına bənzədilir.
 
Selçuk İnan - Nizamettin Güvenç
 
 
Əsasən davalara qarışmayan, olayları uzaqdan izləyən Selçuk siyasi açıqlamaları, ciddi xarakteri ilə "Kurtlar Vadisi" konseyinin vəkil üzvü Nizamettin Güvençi xatırladır.
Tarix: 16 Oktyabr [14:00]
Oxunub: 109 dəfə
Müəllif: Aut.az

Ronaldo indi də bu gözələ yazır - FOTOLAR

Aut.az

Sneyderin arvadının çılpaq fotoları sosial medianı "partlatdı" - FOTOLAR

Aut.az

Bu gözəli 600 min nəfər izləyir - FOTOLAR

Aut.az

Futbolçunun sevgilisi: "İki hobbim var, soyunmaq və..." - FOTOLAR

Aut.az

Neymar seçkilərə görə sevgilisindən ayrıldı - FOTOLAR

Aut.az

Dünyanın ən yaxşı 10 stadionu - FOTOLAR

Aut.az

Məşhur qapıçının həyat yoldaşından "yandıran" - FOTOLAR

Aut.az

Bu futbolçunun yaşı ölkəni qarışdırdı - FOTOLAR

Aut.az

"Kurtlar Vadisi Türkiyə Futbolu" - FOTOLAR

Aut.az

"Balotelli yataqda ondan daha yaxşıdır" - FOTOLAR

Aut.az