Nazirin klubundakı hoqqabazlıqdan xəbəri varmı?

Premyer Liqasının debüt mövsümünü keçirən “Sabah”ın rəhbərliyi növbəti hoqqabazlığa əl atıb.
 
Onlar ev oyunlarında süni şəkildə azarkeş bolluğu yaratmaq həvəsinə düşüb.
 
Sportlife.az-ın əldə etdiyi məlumata görə, bu, heç də klub başbilənlərinin Masazırdakı maarrifləndirmə işinin nəticəsi deyil – «fanat» yığmağın daha asan yolunu tapıblar.

Mənbənin dediyinə görə, "Sabah" azarkeşlərinin əsasını Masazırda yerləşən orta məktəb şagirdləri və valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər təşkil edir.

Bu işlərlə məşğul olan şəxs var. O, Masazırda yerləşən valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərə verilmiş binanın sakinlərini və bu ərazidə yerləşən məktəb şagirdlərini oyunlara cəlb edir.
 
Mənbəmizin bildirdiyi məlumata görə, stadiona gəlib axıra kimi oyuna baxan azarkeşə 5 manat pul ödənilir.
 
Yəqin ki, bu addım klub işçilərinin sponsorlara qısa zamanda stadionlara azarkeş cəlb etdiklərini göstərmək üçün atılıb. Onlar gördükləri işi daha da şişirtmək, gözə girmək məqsədi güdürlər. Bizim də işimiz olanları olduğu kimi təqdim etməkdi.

«Sabah»ın adı hər yerdə Mikayıl Cabbarovla yanaşı çəkilir. Od olmayan yerdən tüstü çıxmaz. Dəyərli nazirin komandaya biganə olmadığını bilirik. Vaxtı olanda yolunu 1-2 dəfə Masazırdan salıb.
 
Açığını bilmək maraqlıdısa, vergilər naziri debütanta yetərincə maliyyə vəsaiti ayırıb. Hardasa 2,5-3 milyon manat. Mövcud reallığı əsas götürsək, bu vəsait «Sabah»ın başından girib, ayağından çıxmalıdı.
 
Komanda öz gözəl oyunu ilə stadiona azarkeş cəlb etməyi qarşısına məqsəd qoymalıdı. Bunun üçün Elşad Əhmədov və köməkçiləri üzərlərinə düşəni etməlidi. 

Klub rəhbərliyi də öz növbəsində nəsə fikirləşməlidi. 5 manat verib, «muzdlu tərəfdar» toplamağın axırı yoxdu.
 
Olmaya, cənab naziri aldatmaq istəyirlər? Komanda 5 qəpiklik futbol sərgiləməyəndən sonra bütün bunlar nəyə lazımdı axı?
 
Nahaq yerə «Xəzər»in yolunu gedirlər. Atıq həyatda olmayan klubun başına gələnlərdən «Sabah» rəhbərliyi dərs çıxartmalıdı.
 
«Xəzər»dəkilər də hər yoldan keçənə 5 manatdan paylayıb, tribunaya adam yığmaq kursu götürmüşdü. Axırı nə oldu? Üzə çıxdı ki, sən demə, «Xəzər»i yaradanlarla idarə edənlər yalançı və fırıldaqçıdı.(sportinfo)
 
Mikayıl müəllimin gözünə kül üfürmək lazım deyil, bu, günahdı. Hər şeyin olduğu kimi görünməsi üçün düzgün çalışmaq lazımdı. Eybəcər görünən «5 manat» aksiyası kimi yox daha!
Tarix: 12 Oktyabr [16:00]
Oxunub: 183 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az