Milli komandamız Millətlər Liqasında ilk qələbəsini darmadağınla qazandı

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
 
Aut.az xəbər verir ki, D liqasının III qrupunda yer alan milli komandamız III turda Farer adalarının qonağı olub. Azərbaycan ilk dəfə keçirilən turnirdə bu oyunadək qələbə qazana bilməmişdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə etmişdi (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus edib, (3:1), Kosovoda uduzmuşdu (0:2).
 
Komandamız bu dəfə 3 xalı aktivinə yaza bilib. Hesabı 28-ci dəqiqədə Riçard Almeyda açıb. 67-ci dəqiqədə Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsini qola çevirib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Almeyda yekun nəticəni müəyyənləşdirib - 3:0.
 
Qeyd edək ki, Farer adaları və Azərbaycanın əsas yığmaları bundan əvvəl bir dəfə qarşılaşmışdı. 27 fevral 1996-cı ildə Cənubi Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında millimiz 3 cavabsız qola qalib gəlmişdi. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurban Qurbanov qoymuşdu. 
 
Qurban Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi "Qarabağ” 2011/12 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).
 
Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar - 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.
 
Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
 
Millətlər Liqası
D Liqası, III qrup
III tur
 
11 oktyabr
Farer adaları - Azərbaycan 0:3
Qollar: Riçard Almeyda, 28; 87-pen. Dmitri Nazarov, 67.
Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilormur Davidsen, 4. Atli Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Bartalsstovu, 8. Brandur Hendriksson Olsen, 9. Qilli Syorensen, 10. Finnur Yustinussen, 14. Yohan Edmundsson, 15. Odmar Feryo, 16. Rene Yonsen.
Ehtiyat oyunçular: 12. Teytur Qestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 11. Heyni Vatnsdal, 13. Aleks Mellemqaard, 17. Qunnar Vatnhamar, 19. Roqvi Baldvinsson, 20. Eli Nielsen, 21. Klamint Olsen, 22. Pol Yohannus Custinussen.
Baş məşqçi: Lars Olsen.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov,  6. Bəxtiyar Həsənalızada, 8. Emin Mahmudov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydaev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko (Rusiya).
Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (Rusiya).
Hakim-inspektor: Salustia Çato Çipres (Andorra).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
Torshavn. "Torsvollur” stadionu,
Tarix: 12 Oktyabr [00:46]
Oxunub: 29 dəfə
Müəllif: Aut.az

Millimiz Norveçdən 1 xalla dönür

aut.az

Kamran Abdullazadə "Baku City"də

Aut.az

"Sabah"ın prezidentinin transfer bazarlığında marağı varmı?

Aut.az

“Qarabağ” legionerlərin yolunu gözləyir

Aut.az

AFFA millinin darmadağınını niyə gizlədir?

Aut.az

Kamran Quliyev və mamadular

Aut.az

AFFA-dan Məhəbbətə 12 aylıq cəza

Aut.az

Azərbaycan millisinin oyununda 6 qol

Aut.az

Premyer Liqada 8-ci turun bütün təyinatları məlum oldu

Aut.az

Azərbaycan Norveçə qarşı - BU GÜN

Aut.az