Məmurları döyən futbolçular danışdı

İki gün öncə Moskvadakı kafelərdən birində nazirlik əməkdaşlarını döyən “Zenit”in hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev baş vermiş hadisə ilə bağlı ifadə veriblər.

Həbs olunan futbolçular insidentin dövlət müfəttişlərinin onları təhqir etməsindən sonra yaşandığını bildiriblər:

Aleksandr Kokorin hər şey şişirdildiyini söyləyib: "Biz yalnız pivə içmişik. Narkotika qəbul etməmişik. Hər şey oyundan, yuxusuz gecədən sonra olub. Peşman olduğumu etiraf etdim. Qorxursunuz ki, sizə də stul ataram? Qorxmaq lazım deyil, burada stul yoxdur. Bütün oturacaqlar yerə mismarlanıb. Əgər kafedə də bu cür etsəydilər, heç bir hadisə baş verməzdi. Açığı, narahatam. Bütün bunlar xoşagəlməzdir. Müfəttişlərdən biri bizi təhqir etdi, pis formada çağırdı”.

Mamayev isə baş verənlərə görə utandığını deyib: “Arvadıma və uşaqlarıma görə narahatam. Əlbəttə, biz bu davaya qarışmışıq. Etdiyimiz hərəkətə görə utanıram. Ancaq adi vəziyyətdə özümüzdən çıxmazdıq. Bizi ağır ifadələrlə təhqir etdilər. Hər şey bundan sonra baş verdi. Oyundan əvvəl çox məşq etmişdik. Ardınca gecə yuxusuz qaldıq, sonra isə pivə içdik. Belə olmamalı idi. Ümid edirəm ki, hər şey öz həllini tapacaq və yenidən futbol oynaya biləcəyik”.

Qeyd edək ki, Kokorin və Mamayev kafedə sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər. Onlar 48 saat müddətinə saxlanılıblar. Futbolçular barədə həbs-qətimkan tədbirinin seçiləcəyi də gözlənilir.
Tarix: 11 Oktyabr [18:00]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

"Başakşəhər"dən Ardaya ağır cəza

Aut.az

Azarkeşlər etiraz edəcək

Aut.az

Azərbaycan millisinin üzvlərinin rəqibləri bəlli oldu

Aut.az

Futbolçular döydü, Putin mükafatlandırdı

Aut.az

İbrahimoviçin menecerindən “Milan” açıqlaması

Aut/az

"Qarabağ"a qol vuran futbolçu zədələndi

Aut.az

Yarım əsrlik stadionu sökülür

Aut.az

“Qalatasaray” UEFA-dan CAS-a şikayət etdi

Aut.az

Kral Salman məşhur klubu satın alır: 4 milyard funt-sterlinq...

Aut.az

Bolt 2 illik təklif alıb - Norveç klubundan

Aut.az