Burdisso futboldan getdi

Futbol üzrə Argentina yığmasının sabiq müdafiəçisi Nikolas Burdisso futbolçu karyerasını başa vurub.

O, bu barədə qərarını “İnstaqram” hesabı vasitəsilə açıqlayıb:

“Futbolçu karyeramı başa vurmağın zamanı yetişdi. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.

Hazırda 37 yaşı olan argentinalı futbolçu peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu “Boka Xuniors”da başlayıb. 2004-cü ildə o, İtaliyanın “İnter” klubuna transfer olunub. Milan təmsilçisinin heyətində keçirdiyi 5 ildə 4 dəfə İtaliya çempionu olan müdafiəçi 2009-cu ildə “Roma”ya transfer olunub. 5 il də paytaxt təmsilçisinin uğurları üçün çalışan Burdisso 2014-də “Cenoa”ya üz tutub. Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu “Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qola imza atıb.

Tarix: 11 Oktyabr [14:00]
Oxunub: 30 dəfə
Müəllif: Aut.az

"Başakşəhər"dən Ardaya ağır cəza

Aut.az

Azarkeşlər etiraz edəcək

Aut.az

Azərbaycan millisinin üzvlərinin rəqibləri bəlli oldu

Aut.az

Futbolçular döydü, Putin mükafatlandırdı

Aut.az

İbrahimoviçin menecerindən “Milan” açıqlaması

Aut/az

"Qarabağ"a qol vuran futbolçu zədələndi

Aut.az

Yarım əsrlik stadionu sökülür

Aut.az

“Qalatasaray” UEFA-dan CAS-a şikayət etdi

Aut.az

Kral Salman məşhur klubu satın alır: 4 milyard funt-sterlinq...

Aut.az

Bolt 2 illik təklif alıb - Norveç klubundan

Aut.az