Yüksel “Qəbələ”də?

 
Uğursuzluq zolağından çıxa bilməyən “Qəbələ”də baş məşqçi dəyişikliyi gözlənilsə də, hələlik bu, baş verməyib. Rəhbərlik qışa kimi səbr etməyi məsləhət bilib.
 
Lakin hətta Sənan Qurbanovun istefa ehtimalı da onun yerinə namizədlər göstərilməsi üçün kifayət edib. Belə ki, bəzi məşqçilərin adı komanda ilə yanaşı hallanır. Bunlardan biri də hazırda Rumıniyanın “Astra” klubunu çalışdıran Yüksel Yeşilovadı. “Qəbələ” klubunun onunla əlaqə saxladığı bildirilir.
 
Futbolinfo.az saytına açıqlama verən çalışdırıcı məsələ ilə bağlı bunları deyib: “Georgi Hacının komandası ilə oyunda onunla dava etdim. Çünki komandası feyr-pleyə əməl etməyərək qol vurdu. Mənim komandamın oyunçularından biri yerdə qalmışdı, amma onlar oyunu davam etdirdi. Buna görə meydanda dava etdim. Həmin matçdan sonra bütün Rumıniya mənə qarşı çıxdı. Azarkeşlər məni təhqir etməyə başladılar. Onlar hər gün mənə “sən kimsən bizim kralımızı vurasan”, “sən pis bir müsəlmansan, Allahın pisdir”, “get, diktator Ərdoğanın ölkəsinə” deyirlər. Buna görə də burdan ayrılmaq istəyirəm. Mən heç kimdən qorxmuram. Sanki Hacı Allahdır, kimsə ona əl vura bilməz. Bu hadisələrdən sonra Azərbaycandan mənimlə bir menecer əlaqə qurdu. Dedi ki, “Qəbələ” yeni məşqçi axtarır. Onların iki namizədi var ki, biri Rumıniyadan, biri də Rusiyadandır. Əgər razı olarsansa, sənin də namizədliyini irəli sürək. Mən də Azərbaycanda işləməyə məmun olaram. Əgər alınmazsa, Türkiyədə komanda axtaracam. Alınarsa, sevə-sevə gələrəm. Hazırda menecer onlarla danışıqlar aparır”.
Tarix: 10 Oktyabr [20:00]
Oxunub: 53 dəfə
Müəllif: Aut.az

Yığmamızın keçmiş forvardı karyerasını bitirdi

Aut.az

Azərbaycanlı futbolçu Tailand klubunda

Aut.az

"Keşlə"ni gülünc vəziyyətə salan futbolçu I Divizion klubunda

Aut.az

Elxan Məmmədovun Şəkidə oteli var

Aut.az

"Qarabağ"dan Dino Ndlovuya mesaj - FOTO

Aut.az

(Növbə)tçi...

Aut.az

“Səbail” – “Sumqayıt” oyununda hərəyə 5 qol

Aut.az

"Neftçi" yeni transferi ilə nə qədər müqavilə imzalayıb?

Aut.az

Premyer Liqada komanda sayı artırılır: “Kəpəz”, MOİK və…

Aut.az

Yurçeviç Rəfiyevə nə qədər qazandırıb?

Aut.az