Azərbaycanda heç kim xoşluqla cibindən futbola pul vermir

Aleks Fergüsson demişkən, futbolda ən vacib məqamlardan biri müşahidə etmək bacarığıdı (Müşahidə Şuraları nəzərdə tutulmur).
 
Finlandiyada olarkən, "Mariehamn"ın "Lahti" ilə ev oyununda oyunun proqramında əvvəllər heç yerdə görmədim bir praktikaya rast gəldim.
 
Hə, onu da deyim ki, matç proqrammı futbolun bir atributudur. Futbolumuzun "bolluq illərində" klublarımız oyun proqramlarını buraxırdı.
 
Bu futbolun ayrılmaz bir parçasıdır. Di gəl ki, klub futbolunda elə bir mühit yaranıb ki, əksəriyyəti yola verməklə, vaxt keçirməklə məşğuldur.
 
Qayıdaq Finlandiya çempionatına. Şəkildə gördüyünüz kimi, hər bir futbolçu haqqında məlumat verilərkən, aşağıda onun sponsorunun kim olduğunu qeyd olunur.
 
Klub rəhbərliyindən bu məsələni soruşdum. "Mariehamn" varlı klub deyil. Demək olar ki, komanda Finlandiya çempionatında İsveç icmasını təmsil edir.
 
Odu ki, Aland adalarının imkanlı şirkətləri, ayrı-ayrı adamlar kluba futbolçu cəlb etmək üçün köməklərini əsirgəmirlər. Məsələn, braziliyalı Fernandesı komandaya gətirmək üçün yerli elektrik şirkəti "tərləyib".
 
Bu cür praktika Türkiyədə də mövcüddur. Əvəzində, ayrı-ayrı futbolçuların sponsorları sayılan insanlar klub tərəfindən VİP-bilətlərlə təmin olunur, klubun fəaliyyətində iştirak edirlər.
 
"Neftçi"nin şərəfini sovet vaxtlarında qorumuş futbolçular təsdiq edər ki, onların hərəsini bir müəssisəyə "pripiska" edirdilər. Bunun azərbaycansayağı praktikası rəhmətlik Aslan Aslanovun vaxtında "Şəmkir"də tətbiq olunurdu.
 
Di gəl ki, bizim dildə buna "daxili imkanlar hesabına" deyirlər. Və təbii ki, heç kim xoşluqla cibindən futbola pul vermirdi. Nəticədə həmin rayonlarda poçt şöbəsinin sıravi işçisindən tutmuş, iri sahibkarlara kimi hamı bu günə kimi futbola nifrət edir.

 

ERKİN

Tarix: 10 Oktyabr [19:00]
Oxunub: 31 dəfə
Müəllif: Aut.az

Millimiz Norveçdən 1 xalla dönür

aut.az

Kamran Abdullazadə "Baku City"də

Aut.az

"Sabah"ın prezidentinin transfer bazarlığında marağı varmı?

Aut.az

“Qarabağ” legionerlərin yolunu gözləyir

Aut.az

AFFA millinin darmadağınını niyə gizlədir?

Aut.az

Kamran Quliyev və mamadular

Aut.az

AFFA-dan Məhəbbətə 12 aylıq cəza

Aut.az

Azərbaycan millisinin oyununda 6 qol

Aut.az

Premyer Liqada 8-ci turun bütün təyinatları məlum oldu

Aut.az

Azərbaycan Norveçə qarşı - BU GÜN

Aut.az