Fransa millisində oynamaqdan imtina etdi

İspaniyanın "Valensiya” klubunun futbolçusu Joffre Kondoqbiya Fransa milli komandasında oynamaqdan imtina edib.
 
25 yaşlı yarımmüdafiəçi Fransa millisinə münatəzəm olaraq dəvət almadığı üçün Mərkəzi Afrika Respublikası(MAR) yığmasına qoşulmağı qərara alıb.
 
MAR-ın baş məşqçisi Raul Savoy da öz növbəsində futbolçuya dəvət göndərmək istəyib, lakin hazırda zədədən əziyyət çəkən J. ondoqbiya milliyə qoşula bilməyib. Onun növbəti matçlarda komandaya çağırılması gözlənilir.
 
Fransanın Nemur şəhərində dünyaya gələn futbolçunun valideynləri MAR-dandır. O, Fransa U-20 millisi ilə 2013-cü il dünya çempionatında iştirak edib və kuboku başı üzərinə qaldırıb. J. Kondoqbiya Fransanın əsas millisinin heyətində də 5 oyuna çıxıb. Lakin bunların hamısı yoldaşlıq görüşləri olduğu üçün futbolçu yığmasını dəyişə bilər.
 
Qeyd edək ki, Kondoqbiya bu il may ayında "Valensiya"ya transfer olunub. 
Tarix: 10 Oktyabr [18:30]
Oxunub: 68 dəfə
Müəllif: Aut.az

Kütləvi dava

Aut.az

UEFA "Fənərbaxça"nı cəzalandıracaq

Aut.az

"Ludoqorets" çempion

Aut.az

"Qalatasaray"ın transfer siyahısı: 3 dünya ulduzu...

Aut.az

5 il ərzində heç bir stadiona buraxılmayacaq

Aut.az

“Trabzonspor”da ayrılıq

Aut.az

Aziz Behiç "Başakşəhər"də

Aut.az

"Qızıl buts" Messinindi - 6-cı dəfə

Aut.az

Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az