Baş konsuldan təklif: “Kəpəz” Türkiyə klubları ilə qarşılaşa bilər

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu yöndə maraqlı təkliflə çıxış edib. 
 
O, Gəncənin "Kəpəz” futbol klubu ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması fikrini irəli sürüb. Zəki Öztürk Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşündə bu haqda deyib. Baş konsul bildirib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrin inkişafına xidmət edə bilər.
 
Zəki Öztürkü dinləyək: “İdman sahəsində gənclər arasında əlaqələrin genişləndirilməsi üçün Türkiyədən bir klubla “Kəpəz” komandası arasında qardaşlıq matçının keçirilməsi bizi çox sevindirəcək. Bunun həyata keçməsi üçün çalışacağıq. Təbii ki, könlümüz böyük klublardan birinin buraya gəlməsini istəyir (gülür). Amma indi alınarmı, bilmirəm. Bununla belə ilk mərhələdə Gəncə klubu ilə Türkiyənin qardaşlaşmış şəhərlərindən birinin komandasının qarşılaşması daha uyğun olar. Bu istiqamətdə işlər görəcəyik”.
 
Qeyd edək ki, Gəncə Türkiyənin iki şəhəri ilə qardaşlaşıb. Nizami yurdunun Bursa və Əskişəhərlə belə münasibətləri var.
Tarix: 10 Oktyabr [18:15]
Oxunub: 44 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az