Qurban Qurbanov: Sabah ən yaxşı futbolumuzu oynamalıyıq

Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Farer adaları yığmasının qonağı olacaq.

Bu gün Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun sabahkı oyuna həsr olunan mətbuat konfransı keçirilib. Qurbanov sabahkı matçda ən yaxşı oyunlarını oynamalı olduqlarını deyib:

- Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də, çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq.

- Süni örtüklü meydança və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim komandaya nə dərəcədə mane olacaq? Üstəlik, meydançanın ölçüləri də bir qədər standartlardan kiçikdir.
- Meydançayla tanış oldum. Düşünürəm ki, hava şəraitinin bizə problemii olmayacaq. Çünki bu şərait hər iki komanda üçün eynidir. Meydançanı gəzdim, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. Hərçənd, meydançanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problemlər yaşadacaq. Ancaq inanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunçuluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?
- Nə mən, nə də futbolçular bu barədə düşünmürük. Sabah ən yaxşı futbolumuzu oynamalıyıq.

- Millətlər Liqasının görüşlərində hücum xətti elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən, demək olarmı ki, “Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?
- Açığı, Rüfət bizimlə cəmi iki məşq dəfə edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.

Tarix: 10 Oktyabr [17:00]
Oxunub: 48 dəfə
Müəllif: Aut.az

Millimiz Norveçdən 1 xalla dönür

aut.az

Kamran Abdullazadə "Baku City"də

Aut.az

"Sabah"ın prezidentinin transfer bazarlığında marağı varmı?

Aut.az

“Qarabağ” legionerlərin yolunu gözləyir

Aut.az

AFFA millinin darmadağınını niyə gizlədir?

Aut.az

Kamran Quliyev və mamadular

Aut.az

AFFA-dan Məhəbbətə 12 aylıq cəza

Aut.az

Azərbaycan millisinin oyununda 6 qol

Aut.az

Premyer Liqada 8-ci turun bütün təyinatları məlum oldu

Aut.az

Azərbaycan Norveçə qarşı - BU GÜN

Aut.az