Onları Suriyaya göndərək

“Zenit”in və “Krasnodar”ın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin bir neçə şəxsi döyməsi Rusiyada geniş müzakirə olunur.

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də məsələyə münasibət bildirib. O, bu futbolçuları Suriyaya göndərməyi təklif edib:

“Onları bu xuliqanlığa görə həbsxanaya salmaq lazım deyil. Onları cəzalandırmaq üçün qeyri-standrat üsuldan yararlanmaq lazımdır.

Məsələn, bu futbolçuları Suriyaya göndərmk olar. Qoy gedib orda uşaqlara futbol oynamağı öyrətsinlər. Özlərini tapmaq üçün onlara kömək etməliyik. Həbsxanaya göndərmək ən asan yoldur. Buna həmişə vaxt olacaq”.

“Zenit”in üzvü Aleksandr Kokorin və “Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.

Tarix: 10 Oktyabr [16:10]
Oxunub: 63 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az