“Qarabağ” layiqli oyun nümayiş etdirdi - Tahir Gözəl

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubu ilə matçdan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Qarabağ” Azərbaycan adına layiqli bir oyun nümayiş etdirdi. Hesab edirəm ki, nəticə oyunun gedişatını əks etdirmir. Yaxşı pressinq tətbiq etdik. Düşünürəm ki, bu axşam komandamız “Arsenal” fanatlarının da könlünü fəth etməyi bacardı. Uduzsaq belə, “Qarabağ”ın adını İngiltərəyə də, bütün dünyaya da eşitdirdik! Bu möhtəşəm stadionda dünya nəhənglərini qəbul edirik. Bu, özlüyündə böyük bir nailiyyətdi”.

İsveçrədə yaşayan vitse-prezident Azərbaycana bu oyuna görə gəlib-gəlməməsinə dair sualı belə cavablandırıb:

“Azərbaycana tez-tez gəlirəm. Deyərdim ki, ayın 2 həftəsini Bakıda oluram. Ancaq əlbəttə ki, oyun da olduqca önəmli idi. Biz bu gün tarixi hadisəni yaşadıq və bu tarixin bir parçası olduq. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Özü də tək azərbaycanlılar tərəfindən yox, həm də “Arsenal” azarkeşləri tərəfindən. Xüsusilə, ilk 45 dəqiqə əla alındı”.

Sonda o, daha bahalı oyunçuların alınmamasına dair fikirlərini bölüşüb:

“Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Demək olar ki, komandanın media gəlirləri yoxdu. Azarkeşlərimizin əksəriyyəti məcburi köçkünlər olduğu üçün bilet gəlirlərimiz elə də çox deyil. Biz bu gün büdcələri bizdən qat-qat çox olan klublarla mübarizə aparırıq. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda Azərbaycan ruhunu, Qarabağ adını bütün dünyaya çatdırmaqdı. İnandırım sizi, bizi alqışlayırlar. İtaliyanın “İnter” klubu ilə oyunda bizə qarşı olan haqsızlığa hətta İtaliya mediası belə biganə qalmamışdı. Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər”.

Tarix: 5 Oktyabr [13:00]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

Millimiz Norveçdən 1 xalla dönür

aut.az

Kamran Abdullazadə "Baku City"də

Aut.az

"Sabah"ın prezidentinin transfer bazarlığında marağı varmı?

Aut.az

“Qarabağ” legionerlərin yolunu gözləyir

Aut.az

AFFA millinin darmadağınını niyə gizlədir?

Aut.az

Kamran Quliyev və mamadular

Aut.az

AFFA-dan Məhəbbətə 12 aylıq cəza

Aut.az

Azərbaycan millisinin oyununda 6 qol

Aut.az

Premyer Liqada 8-ci turun bütün təyinatları məlum oldu

Aut.az

Azərbaycan Norveçə qarşı - BU GÜN

Aut.az