Kafu Bakıda “Qarabağ”dan danışdı - Müsahibə

Bakı İdman Sarayında futbol üzrə braziliyalı ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənəd imzalanıb. Mərasimdə veteran futbolçu ilə yanaşı, Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.

İmza mərasimindən sonra Kafu jurnalistlərin suallarını cavablandırıb:

- Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq qürurvericidir. Uşaqların üzünü güldürmək puldan və hər bir qalibiyyətdən önəmlidir. Bura gələndən sonra Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FİFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm.

- Sizcə, "Qarabağ" Avropa Liqasında "Arsenal" və "Sportinq" kimi komandalarla rəqabət apara bilərmi?
- Meydanda olanda hər şey özündən asılıdır. Əvvəlcə özünə inanıb meydana çıxmalısan. Hər bir komanda müsbət nəticə qazana bilər.

- Keçmiş komandanız "Roma"nın ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdiyi oyunlara baxmısız? 
- Təəssüf ki, həmin oyunları izləyə bilməmişəm.

- Azərbaycanda çıxış edən braziliyalı oyunçulardan kimisə tanıyırsız? 
- Braziliyalı futbolçular dünyanın hər yerində çıxış edir. Bu, sevindirici haldır.

- Uzun zamandır braziliyalılar dünyanın ən yaxşı futbolçusu seçilə bilmir. Neymar bu uğursuz ənənəyə son qoya bilərmi?
- Neymar böyük oyunçudur. İnanıram ki, o, növbəti dünya çempionatlarında Braziliya yığmasının uğur qazanmasına töhfə verəcək. Neymar gələcəkdə "qızıl top" ala bilər.

Tarix: 26 Sentyabr [14:00]
Oxunub: 176 dəfə
Müəllif: Aut.az

Kafu Bakıda “Qarabağ”dan danışdı - Müsahibə

Aut.az

Çox şeyi təzədən başlamaq lazımdı - Qurban Qurbanov

Aut.az

Nazim Süleymanov hədəfini açıqladı: Avroliqaya vəsiqə...

Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ

Aut.az