“Sizi pul birləşdirir”

2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürən Almaniyanın bu istəyi Bundesliqanın və ikinci liqanın son turlarında azarkeşlər tərəfindən etirazla qarşılanıb.

Çempionatın son qarşılaşmalarında azarkeşlər tərəfindən etiraz pankartları açılıb, tənqidi şüarlar səsləndirilib. “Ştutqart”ın öz meydanında “Düsseldorf”u qəbul etdiyi oyunda hər iki komandanın azarkeşləri açdıqları pankartla Almaniya Futbol Federasiyasını və federasiyanın prezidenti Raynhard Qrindelli tənqid ediblər. Federasiyanın namizədlik loqosu və UEFA-nın bayrağının əks olunduğu pankartda, AÇ-2024 üçün hazırlanmış “Futbol bizi birləşdirir” şüarı dəyişdirilərək, “Sizi pul birləşdirir. Avropa futbolunun ürəyində rüşvət” ifadələrinə yer verilib.

Almaniyanın 2-ci liqa klublarından olan “Dinamo”nun (Drezden) azarkeşləri də “Darmştadt”la oyunda “Avrolarla alınmış turnirlərə ehtiyacımız yoxdur. Ehtiyacımız olan dəyişiklikdir” sözlərinin yazıldığı pankartla öz etirazlarını bildiriblər.

2024-cü ildə keçiriləcək turnirə ev sahibliyi etmək üçün Türkiyə ilə yarışan Almaniyada futbol federasiyası, son illərdə yaşanan irqçilik iddialarıyla gündəmə gəlmişdi. Almaniyanın 2006-cı ildə ev sahibliyi etdiyi dünya çempionatındakı rüşvət iddiaları 2015-ci ildə ortaya çıxmışdı. Turnirin təşkili üçün rüşvət verməkdə ittiham olunan Volfqanq Nirsbax vəzifəsindən istefa vermiş, FİFA tərəfindən bir illik futboldan uzaqlaşdırılmışdı. Nirsbaxın istefasından sonra onun yerinə keçən Raynhard Qrindell isə irqçilik iddialarıyla adından söz etdirib.

Tarix: 25 Sentyabr [16:40]
Oxunub: 60 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Türkiyəyə getdi

Aut.az

Millimizin üzvü ermənilərlə oyunda qələbəyə sevindi

Aut.az

"Qalatasaray" - "Beşiktaş" oyununun ölkədə yayımı üçün 2 milyon avro ödəyəcəklər

Aut.az

"Liverpul" "Bavariya"ya qarşı, "Barselona" "Lion" səfərində - BU GÜN

Aut.az

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Aut.az

Millinin rəqibi Gürcüstanla qarşılaşacaq

Aut.az

Ozan Can oynamadı

Aut.az

"Mançester Yunayted"də Lukaku qərarı

Aut.az

Paşayev komandasına kömək edə bilmədi

Aut.az

“Arsenal”dan “Napoli”yə

Aut.az