Elədi, “Gedin, sabah gələrsiz”!

“Xəzər Lənkəran”, “Kəpəz”, “Simurq”, “Bakı”, “Karvan” kimi komandaların məhvinə qərar verildikdən və Bakı çempionatı rəsmiləşdikdən sonra boz, mənasız, sönük, ürəksiz, ölü görünən tribunlar ancaq bir neçə halda çiçək açır... Azərbaycan futbolunu həyat tərzi edənlər üçün ölü dənizin yaşayanlarının kimlər olduğunu müəyyənləşdirmək cəmi bir neçə saniyə tələb edir.
 
Azərbaycan çempionatının keçirildiyi stadionların qazonlarında oynamaq bir dərd, boş trubunaların qarşısında oynamaq ondan böyük dərddir. Hamıya məlumdur ki, idmanın şahı olan futbol azarkeş üçün oynanılır. Futbol azarkeşlə, dolu tribunalarla daha gözəldir. Bir az da irəli gedib deyə bilərik ki, azarkeşsiz futbol stolları boş olan toy, balığı olmayan dəniz kimidi.
 
Azərbaycanda bəzən elə hal yaranır ki, azarkeşlərin sayı meydançadakı futbolçuların sayından daha az olur. Dözülməz və həqiqətən də böyük faciələrə, oyunların süniləşməsinə aparan mənzərədir. Stadionların boş, viran qalmasının səbəbləri isə çox sadədir: bölgə klublarının məhvi, çempionatın Bakı buxtasına pərçim edilməsi. Biz hər oyununa 20, 15, 8, 3 azarkeş toplayan komandaları yalnız aşağı yaş qruplarının ümidinə qalan və sadəcə, bir neçə nəfərə aid olan komandalarla əvəzləməklə çox geri addım atmış olmuşuq.(futbolinfo)
 
Vaxtilə bizim tribunalarımızda gözəl, rəngli görüntülər olub. İndi isə çox az təbiilik qalıb. Vəziyyət o dərəcədə kritikdir ki, şüarları da boş tribunalar deyir. Həqiqətən də elədi. Gedin, sabah gələrsiniz! Mütləq gedin, sabah gələrsiniz! Artıq sentyabrın 15-dən xeyli vaxt keçib, anlayın, gedin, sabah gələrsiniz!
 
Tarix: 25 Sentyabr [14:00]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək

Aut.az

FIFA-19-da ən yaxşı azərbaycanlı futbolçu

Aut.az

Azərbaycan futbolunda yeni sponsor

Aut.az

"Keşlə" Milinkoviçi Tərlan Əhmədovla əvəzləyir?

Aut.az

Müstəqillikdə Süleymanov izi: ilk qolun müəllifi, ilk kapitan...

Aut.az

MOİK uddu, “Qaradağ Lökbatan” uduzdu

Aut.az

“Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

Aut.az

Qurban Qurbanovdan millinin oyunçularına qadağa

Aut.az

"Neftçi" oynayan günü Xan Şuşinski bilirdi ki, atam heç hara getməyəcək"

Aut.az

"Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq"

Aut.az