FIFA ilin ən yaxşılarını açıqladı - SİYAHI/FOTO/VİDEO

FIFA "The Best" mükafatının qaliblərini açıqlayıb.
 
İngiltərənin paytaxtı Londonda keçirilən tədbirdə 2018-ci ilin ən yaxşıları açıqlanıb.
 
Əvvəlcə ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib. Bu, "Liverpul"un futbolçusu Məhəmməd Salahın "Everton"la matçda vurduğu qol olub.
 
Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Fransa milli komandasına rəhbərlik edən Didye Deşam ən yaxşı seçilib. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, "Real"a Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.
 
Növbəti nominasiya "ən yaxşı qapıçı" olub. Bu nominasiyada Belçika yığmasının və hazırda "Real"n qapısını qoruyan Tibo Kurtua qalib sayılıb. O, Fransa millisinin və "Tottenhem"in qapıçısı Uqo Lyoris, eləcə də "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.
 
Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa "Lion"una Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.
 
Ən yaxşı fanat nominasiyasında Peru azarkeşləri birinci yeri tutub. "Fair Play" mükafatına Türkiyənin "Erzurumspor BB" klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb.
 
Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, NQolo Kante, Luka Modriç, Kriştiano Ronaldo, Kilian Mbappe, Lionel Messi. Ronaldo və Messi mükafatlandırma mərasimində iştirak etməyib.
 
Ən yaxşı qadın futbolçu adına 6-cı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın "Orlando Prayd" klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq ("Lion" Fransa, Norveç) və Cenifer Marojanı ("Lion" Fransa, Almaniya) üstələyib.
 
Nəhayət, ilin ən yaxşı futbolçusu açıqlanıb. FIFA prezidenti Canni İnfantino mükafatı "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib. Modriç "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah və hazırda "Yuventus"da çıxış edən portuqaliyalı forvard Kriştiano Ronaldonu qabaqlayıb.
 
 
 



























Tarix: 25 Sentyabr [08:50]
Oxunub: 81 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az