“Akhisarspor”da yeni baş məşqçi

Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssis Akhisar təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

C.Arslan bu komandada Super Liqanın 5-ci turu çərçivəsində keçirilmiş “Ankaragücü” ilə oyundan sonra istefa vermiş Safet Suşiçi əvəz edib. Geridə qalan qısa müddətdə komandanı Avropa Liqası çərçivəsində Rusiya “Krasnodar”ı ilə ev oyununa (0:1), həmçinin “Qalatasaray”la Super Liqa matçına (3:0) Cem Kavçak çıxarıb.

Arslan əvvəllər də “Akhisarspor”da məşqçi kimi çalışıb. Bu mövsümdən isə o, TFF 1-ci liqa təmsilçisi “Adanaspor”u çalışdırırdı.

Tarix: 25 Sentyabr [12:20]
Oxunub: 27 dəfə
Müəllif: Aut.az

Əkiz atası oldu

Aut.az

5 futbolçusunu göndərir

Aut.az

Uzun müddətə sıradan çıxdı - FOTO

Aut.az

“Barselona"dan Arda Turan açıqlaması

Aut.az

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

Aut.az

Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Aut.az

“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Aut.az

Futbolçular yalan detektoru ilə test edildi

Aut.az

Yığma ilk dəfə Afrika Millətlər Kubokunda

Aut.az

"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

Aut.az