UEFA-dan Azərbaycan klublarına daha bir zərbə

Futbol üzrə Avropa Liqasında komanda sayı 48-dən 32-yə endirilə bilər. 
 
Bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) sədri Andrea Anyelli açıqlama verib. İtaliya "Yuventus"unun prezidenti bildirib ki, hazırda bu istiqamətdə UEFA ilə birgə iş aparılır. 
 
Anyelli üçüncü avrokubok turnirinin təşkili üzrə işlərin davam etdiyini də diqqətə çatdırıb:  "Bu, klublar üçün çox yaxşı turnir olacaq. Onların avrokuboklara qatılma şansları daha da yüksələcək. Biz bu fantastik idman növündə daha böyük balansın olmasını istəyirik. Çünki futbol dünyada ən gözəl idman növü olaraq qalır. Uşaqlarımıza necə futbolu miras qoyacağımız üzərində düşünməliyik. 1970 - 1980-ci illərdə Çempionlar Kubokunu "Ayaks" və "Benfika" kimi klublar qazanırdılar. Hazırda onları böyük iqtisadi bərabərsizliyə görə İspaniya, İngiltərə və Almaniya klubları arasında görmək çətindir. Futbol son 10 ildə inanılmaz sürətlə böyüyüb. Ən önəmli amil isə televiziya hüquqlarından əldə edilən gəlirdir. Lakin futbolda gəlirlərin 1/3 hissəsi ən varlı 12 kluba gedir". 
 
Qeyd edək ki, indiyədək Azərbaycanın 3 klubu - "Neftçi", "Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Qarabağ" hazırda qrupda çıxış edən yeganə komandadır. 
Tarix: 24 Sentyabr [17:40]
Oxunub: 31 dəfə
Müəllif: Aut.az

Əkiz atası oldu

Aut.az

5 futbolçusunu göndərir

Aut.az

Uzun müddətə sıradan çıxdı - FOTO

Aut.az

“Barselona"dan Arda Turan açıqlaması

Aut.az

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

Aut.az

Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Aut.az

“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Aut.az

Futbolçular yalan detektoru ilə test edildi

Aut.az

Yığma ilk dəfə Afrika Millətlər Kubokunda

Aut.az

"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

Aut.az