“Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

Futbol üzrə İngiltərə çempionatında 6-cı turun oyunları keçirilib.

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Everton”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qalib ayrılıb - 2:0.

Qarşılaşmada hesabı 56-cı dəqiqədə Aleksandr Lakasett açıb. Bundan cəmi 3 dəqiqə sonra isə Pyer-Emerik Obameyanq matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb.

“Arsenal” 6 oyundan sonra 12 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda, cavab görüşünü isə dekabrın 13-də səfərdə keçirəcək.

Tarix: 24 Sentyabr [12:10]
Oxunub: 45 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az