“Qarabağ”ın rəqibindən çətin qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Zarya” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Hesabı 65-ci dəqiqədə Pavel Rebyonok açıb. Bundan 5 dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirsələr də, 90-cı dəqiqədə rəqib futbolçunun vurduğu avtoqol “Vorskla”ya qələbə gətirib.

Ağdam klubunun rəqibi 9 oyundan sonra 15 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.

Tarix: 24 Sentyabr [12:00]
Oxunub: 59 dəfə
Müəllif: Aut.az

Fələstin - Misir oyunu təxirə salındı - İsrailə görə

Aut.az

Yaya Ture 2-ci divizionda

Aut.az

Balayevli "Tobol"dan növbəti qələbə

Aut.az

Sağlam “Fənərbaxça”da

Aut.az

Serb hücumçu “Ayntraxt”da

Aut.az

“Sivasspor”da bir transfer, iki ayrılıq

Aut.az

Yunanıstan millisinin forvardı “Alanyaspor”da

Aut.az

Ukrayna dünya çempionu oldu

Aut.az

Qomis: "Fənərbaxça"da heç vaxt oynamaram"

Aut.az

Ertuğrul Ersoy A Seriyasında

Aut.az