Qurban Qurbanov: "Onu sosial şəbəkələrdə daha az görəcəksiniz"

"Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər. "Qəbələ”yə uğurlar arzulayıram".
 
Aut.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının V tur matçından sonra deyib. 
 
46 yaşlı mütəxəssis "Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. "Qarabağ”ın 2-ci heyətinin "Qəbələ”ni belə rahat məğlub etməsi sizi məyus etmir" sualına belə cavab verib: "Xeyr. Bu cür nəticələr nadir hallarda qeydə alınır. Məsələn, "Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu".
 
Bu gün mərkəz hücumçusu kimi oynayan Araz Abdullayev çox yaxşı təsir bağışladı. Qurbanov onun hücum potensialının yüksək olduğunu bildirib: "Araz universal oyunçudu. Hücumda oynamaq potensialı yetərincədi. Bu gün əlimə belə fürsət düşdü və özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək".
 
Qurbanov Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsinə münasibət bildirib: "Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkədə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkəyə aludə olmaq insanın çox vaxtını alır".
Tarix: 23 Sentyabr [23:39]
Oxunub: 91 dəfə
Müəllif: 0

Ofsayda düşən hakimlər

Aut.az

Riad Rəfiyev özünü "israilli" adlandıran futbolçunu milliləşdirir

Aut.az

AFFA 5 kluba texniki məğlubiyyət verdi

Aut.az

Azərbaycan - Türkiyə matçının heyətləri açıqlandı

Aut.az

Hakim söyüldü, oyun gec başladı, protokol gecikdi - Azərbaycanda

Aut.az

İki "Sabah", iki Abbasov, iki Əhmədov

Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az