ŞOK! - Hakimlərə fahişə təşkil edirmişlər

Bir neçə həftə öncə Portuqaliya mətbuatında ölkənin ən populyar klublarından olan "Benfika"nın yönəticilərinin başını ağrıdacaq bir sıra e-maillər yayımlanmağa başlayıb.
 
Bu e-maillərlə klub rəhbərliyinin oyunları manipulyasiya etmələri ortaya qoyulub. İddiaları Portuqaliya Məhkəmələri araşdırdığı bir zamanda ortaya başqa məlumatlar da çıxıb. Belə ki, həmin e-maillərdə "Benfika" rəhbərliyinin hakimlərə cinsi əlaqəyə girmək üçün fahişələr təşkil etdikləri ilə bağlı görüntülü məlumatlar ortaya çıxarılıb.
 
"Benfika"nın sabiq hüquqşünası Paulo Qonçalveş və Portuqaliya Futbol Liqasının təmsilçisi Nuno Kabralın "xeyir-duası" ilə bu cür münasibətlərin qurulduğu bildirilib. Portuqaliya mediası Kabralın bu rüşvətlərin həyata keçirilməsində yardımı olduğunu yazıb. 
 
Faktlar "E-Toupeira" adlı elektron məktubdan gələn bilgilər fonunda ortaya çıxıb. Məhkəmə ümumilikdə "Benfika"ya 30 cinayət üzərindən iş açıb və klubun haqlarının 6 ayla 3 il arasında məhdudlaşdırılmasını istəyib. Əlavə olaraq böyük pul cəriməsi də gündəmdədi.
 
"Benfika" rəhbərliyi isə iddiaları rədd edərək "Hekayənin başlanğıcından bu yana açıqladığımız sağlam və net mövqeyimizi davam etdiririk. Bu zamanda iddiaları haqlı çıxaracaq heç bir sübut yoxdu. Bu axmaq və həqiqətə uyğun olmayan ittihamları aradan qaldırmaq üçün əlimizdən gələni etməyə çalışacağıq" mesajını yayımlayıb.
Tarix: 23 Sentyabr [19:00]
Oxunub: 93 dəfə
Müəllif: Aut.az

“Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

Aut.az

"Beşiktaş" Azərbaycan xalqını təbrik etdi - FOTOLAR

Aut.az

36 yaşlı futbolçusuyla “nikah təzələdi”

Aut.az

Təyyarəyə görə oyundan imtina etdi

Aut.az

İngiltərə klubu Olimpiya Stadionunu alır

Aut.az

"Qarabağ"ın rəqibinin futbolçusu cəzalandırıldı

Aut.az

UEFA “Rubin”i avrokuboklardan kənarlaşdırdı

Aut.az

Kamerun millisində yeni baş məşqçi

Aut.az

"Flamenqo"dan "Milan"a

Aut.az

Təklif gözləyən məşhur baş məşqçilər - SİYAHI

Aut.az