"Bu şəxsin yalançı olduğunu anlamaq üçün..." - Azərbaycanda

Azərbaycan Güləş Federasiyası bəyanat yayıb.
 
Mətbuatda Elçin Mürşüdov adlı şəxsin yığmaya cəlb olunması üçün sərbəst güləş üzrə millinin baş məşqçisi Firdovsi Umudova müraciət etdiyi, amma bunun üçün ondan 4500 manat tələb olunduğu haqda məlumat yayılıb. Güləş Federasiyası isə bunu təkzib edərək bəyanatla cavab verib. 
 
Bəyanatı diqqətinizə çatdırırıq. 
 
"Cümhuriyyət TV özünü Elçin Mürşüdov kimi təqdim edən bu şəxsdən müsahibə alıb. O, daha öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.
 
Əslində iki dəqiqəlik müsahibədə o qədər bir-birinə zidd, məntiqsiz fikirlər səsləndirib ki, onun iddialarının əsassız olduğunu buradan da anlamaq olardı. Ən azı jurnalistika peşəkarlığına uyğun addım atılmalı və qarşı tərəfin - AGF-nin və ya Firdovsi Umudovun fikirlərini öyrənməliydilər. Bu zaman həqiqət ortaya çıxacaqdı.
 
AGF bəyan edir ki, belə bir şəxs sərbəst güləşdə ölkə çempionu olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir. Sərbəst güləşdə böyük və baş məşqçi kimi böyük uğurlar qazanmış Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə milliyə cəlb edə bilər? İstər UFC yığması olsun, istərsə də güləş. Yığmanın çalışdırıcısı üzünü belə görmədiyi şəxsdən 4500 rüşvət istəməkdə ittiham olunur.
 
Bu şəxsin yalançı (bəlkə də ondan belə danışmaq tələb olunub) olduğunu anlamaq üçün son cümlələrindən birinə də diqqət yetirin: "2-3-cü yerlər uğrunda döyüşdə azərbaycanlı idmançını döyüb, 2-ci yerə çıxdım". Özünü dünya 2-cisi adlandıran bu şəxs bilməlidir ki, əksər fərdi idman növlərində çempionluq və 3-cü yer uğrunda görüş keçirilir. İkinci yeri yalnız finalda uduzmaqla tutmaq mümkündür.
 
Son vaxtlar AGF və xüsusən Firdovsi Umudov bəzi mətbu orqanlar tərəfindən əsassız ittihamlara məruz qalır. KİV-dən xahiş edirik ki, hər hansı şübhəli məsələ haqqında mövqeyimizi də öyrənin".
Tarix: 23 Sentyabr [18:40]
Oxunub: 82 dəfə
Müəllif: Aut.az

Millimizin iki üzvü Finlandiya klubunda

Aut.az

Azərbaycanın 2 boksçusu Avropa çempionu oldu

Aut.az

Ramil Quliyev finalda

Aut.az

Adil Əliyev Avropada mükafatlandırıldı

Aut.az

Azərbaycanlının klubunda döyüşüb - Həbib Nurməhəmmədov

Aut.az

İdman jurnalisti intihar etdi

Aut.az

Həbib Makqreqorla revanş döyüşündən və 15 milyondan imtina etdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya çempionuna dörd illik cəza

Aut.az

Həbibin Konoru məğlub etdiyi an divara həkk olundu - FOTO

Aut.az