Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.
 
Sentyabrın 25-də Bakıda olacaq V.Putinin Milli Gimnastika Arenasına yollanacaq. O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.
 
V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib. 
Tarix: 22 Sentyabr [13:40]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az

Süleymanov həbs edildi

Aut.az

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az