SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

AFFA uzun müddətdi ki, Azərbaycan futbolunu "danışılmış oyun” bəlasından xilas etməyə çalışsa da, onların bu cəhdi uğursuzluqla nəticələnir.
 
Sport7.az-ın redaksiyasına xaricidə yaşayan oxuculardan maraqlı müraciət daxil olub.
 
Adının açıqlanmasını istəməyən oxucumuz bildirir ki, xarici mərc kontorları vasitəsi ilə bu gün oynanılacaq "Keşlə-2” – "Səbail-2” komandalarının qarşılaşmasına pul qoyuluşu edib.
 
Mərc şirkəti meydan sahiblərini favorit göstərib və oxucumuz da 1,86 əmsalla "Keşlə-2”nin qələbəsinə pul qoyub. Qarşılaşmanın başlamasına iki saat qalmış isə həmin qarşılaşma nəinki mərc qəbul edilən oyunların siyahısından çıxarılıb, qəbul edilmiş kupon da geriödənişlə ləğv olunub. Yəni ki, bu oyuna həm pul qoyuluşu dayandırılıb, həm də mümkün bütün varinatlara görə qəbul edilmiş mərclər geri qaytarılıb.
 
 
Məlum məsələdi ki, hazırda bu qarşılaşma mərc kontorları üçün "şübhəli” kimi qiymətləndirilir və bukmekerlər risk etməmək üçün özlərini "sığortalayıblar”. Amma daha qəribəsi isə indiyə qədər qəbul edilən mərclərin hesablanmamasıdı. Kuponlar geri qaytarılarkən mərc şirkətləri əsas kimi oyunun təxirə salındığını göstərib. Əlsində isə oyun təxirə salınmayıb və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 
Deməli, mərc şirkətlərinin oyunun nəticəsi ilə bağlı konkret informasiyası var. Ümid edirik ki, AFFA-nın müvafiq komissiyası bu qarşılaşmanı diqqətdə saxlayacaq. Biz də öz növbəmizdə hadisələrin gedişatını izləyəcəyik.
Tarix: 21 Sentyabr [17:20]
Oxunub: 165 dəfə
Müəllif: Aut.az

Yığmamızın keçmiş forvardı karyerasını bitirdi

Aut.az

Azərbaycanlı futbolçu Tailand klubunda

Aut.az

"Keşlə"ni gülünc vəziyyətə salan futbolçu I Divizion klubunda

Aut.az

Elxan Məmmədovun Şəkidə oteli var

Aut.az

"Qarabağ"dan Dino Ndlovuya mesaj - FOTO

Aut.az

(Növbə)tçi...

Aut.az

“Səbail” – “Sumqayıt” oyununda hərəyə 5 qol

Aut.az

"Neftçi" yeni transferi ilə nə qədər müqavilə imzalayıb?

Aut.az

Premyer Liqada komanda sayı artırılır: “Kəpəz”, MOİK və…

Aut.az

Yurçeviç Rəfiyevə nə qədər qazandırıb?

Aut.az