İranda dəhşəti yaşayan futbolçu: 6 ay həbs, 75 qamçı, 2 il hərbi xidmət...

İran əsilli isevçli futbolçu Mahan Bağdadi doğma vətənində başına gələn dəhşətli hadisələrlə  bağlı danışıb.
 
4 yaşından İsveçdə yaşayan Bağdadi bu ölkədə futbol oynamağa başlayıb. "Tabi", Vasalund" və "Eskils" kimi klubların aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. İlk peşəkar müqaviləsini izləmək üçün azarkeşi olduğu klubu seçdikdən sonra isə başına gəlməyən olay qalmayıb.
 
Bağdadi bir gün İranın U-19 yığması üçün verilən elanı görüb. Xaricdə yaşayan İran əsilli futbolçuları milli komandaya çağıran elan üçün tez CV və videosunu göndərib. Dərhal milli komandadan dəvət alıb.
 
Rusiyadakı Qranatkin turnirinin Belarusla matçnıda meydana çıxan futbolçu bir neçə dəqiqə ərzində qol vurmağı bacarıb. Finlandiyaya qarşı ikinci oyununda da qol vuran Mahan ardınca İranın məşhur bir televiziya proqramına çıxaraq bir anda məşhur olub.
 
İranda bir çox peşəkar klubdan təklif alsa da, uşaqlıqdan azarkeşi olduğu "İstiqlal"ı seçib. Bu komanda ilə məşqlərə başlayan Bağdadi yaxın vaxtlarda peşəkar müqavilə imzalamaq üçün anlaşma əldə edir.
 
Amma bundan sonra vəziyyət dəyişir. Tehran küçələrinin birində üzərindən viski şüşəsi çıxdığından həbs edilir və bir gün polis idarəsində saxlanılır. Ardınca 6 ay həbs cəzası və 75 qamçı cəzası kəsilir. Lakin olayın mediaya və "İstiqlal" klubuna çatmasını ənggəlləmək üçün tutduğu vəkil bir yol taparaq cəzanın cərimə ilə əvəz edilməsinə nail olub.
 
Bu olaydan canını qurtaran Bağdadi bir qədər sonra daha bir şok yaşayıb. Belə ki, bu dəfə ona 2 illik məcburi hərbi xidmət vəzifəsini yerinə yetirmək üçün çağırış gəlir. İsveç vətəndaşı olsa da, İran pasportu da olduğundan hərbi xidmətə yollanması məcburi olur.
 
 
İki il ərzində hərbi bir klubda futbol oynasa da, əsgirliyin digər tələblərini də yerinə yetirməli olur. "İrana gəldiyim xaman mənə hərbi uniforma geyinməli olmayacağımla bağlı söz verilmişdi, amma sonradan bu məsələdə heç kimə güzəşt olmadığını bildirdilər. Xüsusən ilk iki həftə kabus kimi idi, hər gecə ağlayırdım" deyə Bağdadi bildirir.
 
Mahan deyir ki, bu yay keçirilən dünya çempionatı onun üçün çox ağır olub. Çünki vaxtı ilə U-19-da birlikdə forma geyindiyi komanda yoldaşları Kriştiano Ronaldoya qarşı oynadığı bir vaxtda, o, 45 dərəcə istidə əynində hərbi uniforma, əlində avtomat hərbi təlimdə olub. 
 
Bağdadi əsgirliyinin bitməsinə 6 ay qalmış qaçmaq qərarına gəlir. Gecə növbətçisi olan dostu ilə anlaşaraq tikanlı məftilləri aşır. Ardınca bir taksiyə əyləşərək ordan uzaqlaşır. 2000 avroya anlaşdığı insan qaçaqçısı onu sərhəddən keçirir, nəhayət İsevçə gəlib çıxır...
Tarix: 21 Sentyabr [13:30]
Oxunub: 90 dəfə
Müəllif: Aut.az

"Bakı"nın sabiq baş məşqçisinə FETÖ ittihamı

Aut.az

“Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

Aut.az

"Beşiktaş" Azərbaycan xalqını təbrik etdi - FOTOLAR

Aut.az

36 yaşlı futbolçusuyla “nikah təzələdi”

Aut.az

Təyyarəyə görə oyundan imtina etdi

Aut.az

İngiltərə klubu Olimpiya Stadionunu alır

Aut.az

"Qarabağ"ın rəqibinin futbolçusu cəzalandırıldı

Aut.az

UEFA “Rubin”i avrokuboklardan kənarlaşdırdı

Aut.az

Kamerun millisində yeni baş məşqçi

Aut.az

"Flamenqo"dan "Milan"a

Aut.az