Qurban Qurbanov: "Belə sualı gözləməzdim"

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çətin olacağını bilirdik. Buna baxmayaraq, futbolçularımız pis təsir bağışlamadı. Oyun düşündüyümüz kimi alındı. Meydan sahibləri ikinci hissədə üstün cəhətlərindən olan əks-hücumlardan yararlanmağı bacardılar". 
 
Aut.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Sportinq"ə 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib. 
 
"Səfərdə, "Sportinq"ə qarşı oynayırdıq. Bəlkə 3-cü qol da ola bilərdi, çünki daha çox irəli atılmaq istəyirdik. Təəssüf ki, uduzanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünək ki, "Sportinq"ə qarşı oynayırdıq və evdə hesabda üstünlük qazanan komanda daha rahat oynayır. Bəzən futbolda elə komponentlər olur ki, hər şeyi 10-15 dəqiqəyə dəyişmək çətindi. Futbolçuları başa düşmək lazımdı. Ola bilər ki, heç nədən qol buraxmağımız psixoloji cəhətdən təsir etdi" deyə mütəxəssis bildirib.
 
Qurbanov "Qol buraxdıqdan sonra meydana buraxdığınız oyunçular zəif təsir bağışladılar. Oyuna da müdaxilə edə bilmədiniz. Bunun əsas səbəbi hazırlıqsızlıqdı, yoxsa "Sportinq"in sürətli oyununa tab gətirməməyiniz?" sualına belə cavab verib: "Belə sualı gözləməzdim. Rəqibi yaxşı analiz etmişdim. Futbolçularımız tapşırıqları yerinə yetirməyə çalışdılar. Sadəcə, qollar səhvlərdən vuruldu. Futbolçularımız taktiki cəhətdən tam hazır idilər. Mənim də müdaxilə etməyim tam qaydasında idi. Sadəcə, hücum xəttində dəyişiklik etmək istəyirdim. Lakin Maksim Medvedevin zədələnməsi bunun qarşısını aldı".
Tarix: 21 Sentyabr [01:54]
Oxunub: 67 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Belə sualı gözləməzdim"

aut.az

Azərbaycanlı futbolçu yenidən Rusiya Premyer Liqasında

aut.az

"Şerif"in baş məşqçisi: "Qarabağ"a simpatiyam var"

aut.az

Qurban Qurbanov: "Bəzən evdəkilər də məndən inciyir"

aut.az

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

aut.az

"Qarabağ"la "Zirə" xal itirdi, "Sumqayıt" üçüncü pillədə

aut.az

Tərlan Əhmədov: "Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı"

aut.az

Qurban Qurban: "O, zədə aldığından milliyə kömək edə bilməyəcək"

aut.az

Ceyhun Sultanov "Qarabağ"ın bu futbolçusunu "Neftçi"yə gətirmək istəyir

aut.az

Premyer Liqa klubları "birincilər"ə toy tutdu

aut.az