15 Fevral 2019
Millinin “sükan"ı “Qarabağ”ın rəqibinin futbolçusunun atasına tapşırıldı

"Qarabağ"ın Avropa Liqasındaki rəqibi “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqın atası baş məşqçi olub.
Bir neçə gün öncə istefaya göndərilən ispaniyalı mütəxəssis Xose Antonio Kamaçonu Pyer Fransua Obameyanqla Daniel Kusin əvəzləyib. Bu barədə Qabon Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Obameyanqla Kusin yığmanı müştərək çalışdıracaqlar və bərabər hüquqa malikdilər. Onların qarşısına yığma komandanı Afrika Millətlər Kubokunun final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub.
Pyer Obameyanq 1985-1998-ci illər aralığında 80 dəfə Qabon millisinin şərəfini qoruyub və eyni zamanda komandanın kapitanı olub.
Pyer Obameyanqın oğlu Emerik Obameyanqın formasını geyindiyi “Arsenal” Avroliqada “Qarabağ”la eyni qrupda yer alır.
Tarix: 20 Sentyabr [17:00]
|
Oxunub: 107 dəfə
|
Müəllif: Aut.az
|