Babək Quliyev həmkarını hədələdi: “Ay tupoy, ağıllı olmasan...”

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin rəhbəri postuna avstriyalı Frits Stuxlikin təyin olunması son günlərin ən çox müzakirə olunan mövzusudu.
 
"Neftçi”nin sabiq vitse-prezidenti, FİFA referisi Tahir Süleymanov bu təyinata ehtiyacın olmadığını bildirsə də, AFFA rəhbərliyinin addımını dəstəkləyənlər tapılır.
 
Tahir bəy "Futbol+” qəzetinı verdiyi açıqlama ilə mövcud durumla razılaşmadığını, Stuxlikin təyinatının yanlış addım olduğunu açıq-aydın büruzə verib. Onun dediklərini ümumiləşdirilmiş formada bir daha diqqətinizə çatdırmaq istəyirik: "Bəribaşdan qeyd edim ki, Azərbaycan hakimlik məktəbi dünya futbol tarixinə öz adını yazdırıb. Çox az ölkənin ədalət təmsilçiləri dünya və Olimpiya Oyunlarının finallarını iadrə ediblər. Avstriyalı mütəxəssis Azərbaycan hakimliyinə nə verə bilər? İlk öncə xüsusi vurğulayım, hakimlik məktəbimizdə bu sahəni qaldıracaq mütəxəssislər var. Avstriyalıya ödənilən vəsaitlə Region Liqasının maddi problemlərini həll etmək və ya divizionda bölgə klubu saxlamaq mümkündü. "Yağ-bal” içində olmuş futbolumuza Gede, Toşak, Starkov, Adams, Nikolov, Afşar, klublara sırınan əcnəbi idman direktorları, Lippert və digər əcnəbilər nə verdilər? Milliyə futbolçu tapılmır, milyonlar isə ciblərə axır”.
 

Uzun illər istər hakim, istərsə də klub funksioneri kimi çalışmış Tahir Süleymanovun söylədiklərindən belə qənaətə gəlmək olar ki, şəxsən aparılan islahatdan sonra birləşdirilən iki komitənin rəhbəri postuna əcnəbinin rəhbər təyin olunmasının əleyhinədi və məhz buna etiraz olaraq, Stuxlikin rəhbərliyi altında işləməkdən imtina edib. Bunu da qəzetimizə açıqlamasında Tahir bəy söyləyib.
 

Ancaq Süleymanovdan fərqli, avstriyalı funksionerin Azərbaycanda kreslo tutmasına sevinənlər də var. Bunlar həmin şəxslərdi ki, Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun dönəmində hakimlikdən uzaqlaşdırılıblar. Bu yöndə xüsusilə Anar Salmanov və Babək Quliyev "fərqlənir”. Artıq neçə gündü ki, Anar bəy "vatçat”dakı statusunda yeni komitə sədrinin şəkillərini yerləşdirir və mətbuata açıqlamalarında tezliklə yeni formalaşdırılacaq komitədə yer alacağını büruzə verir. Salmanovun yenidən hansısa formada fəaliyyətini bərpa edəcəyi ötən mövsümdən bəlli idi. Çünki AFFA-nın baş katibi Elxan Məmmədov bibisioğlunun rəhbərliyi altında təşkil olunan BFL-də (Bakı Futbol Liqası) hakimliklə bağlı məsələləri məhz ona həvalə edib. Odu ki, Azərbaycan Dövlət Bədən Tərbiysi və İdman Akademiyasında müəllim kimi çalışan sabiq FİFA referisinin Stuxlikin təyinatına sevinməsi və baş katibin bu addımına dəstək verməsi başadüşüləndi. Ancaq onunla yanaşı, daha bir sabiq FİFA referisi, vaxtilə ölkəmizi ikinci kateqoriyada təmsil edən, istedadlar qrupunda təmsil olunan Babək Quliyevin son günlər sosial şəbəkələrdə fəallaşması da gözümüzdən yayınmayıb.
 
Son dəfə iyunda "feysbuk”da status yazan Babək bəy avstriyalının təyinatından sonra az qala hər 8 saatdan bir status bölüşüb. Hakimlikdən uzaqlaşdırılandan sonra qısa müddətdə "Xəzər Lənkəran”ın icraçı direktoru postunu tutan Babək bəy son 72 saatda 3 status paylaşıb ki, onları sizlərin diqqətinə çatdırırıq. Onu da qeyd edək ki, sabiq FİFA referisi yazdığı statuslarda yaş senzurasını nəzərə almayıb. Və bu üzdən bəribaşdan qeyd edək ki, onun yazdıqları 16 yaşdan böyüklər üçün nəzərdə tutulub: "Mənə məlumat catdi ki, mən və Anar haqda yazılanları yazdıran keçmiş FİFA hakimidi. O geydirməyə demək istəyirəm ki, agıllı ol. Ağıllı olmasan, sənin kim oduğunu bütün Azərbaycan biləcək. Hələ ki hörmət edib adını yazmıram. Bil ki, sən nə mənim, nə də Anarın ayağının tozu ola bilməzsən. Mənimlə oyun oynamaq sənin başın üçün deyil. Bildin, ay TUPOY!!!”.


Bununla ürəyi soyumayan Babək bəy daha iki fikrini – bu dəfə daha qıcıq doğuracaq formada sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırıb: "Yenə də deyirəm. Mənim rüsvət aldığıma görə futboldan uzaglasdırıldığımı iddia edənlər, faktı ortaya qoya bilməsəz, ANANIZDAN XƏBƏRİNİZ YOXDU!!!!”. Növbəti şərh də eyni mövzudadı: "Mənim rüşvət üstündə qovulduğumu iddia edənlər. Siz mənim rüşvət aldığımı ortaya qoya bilməsəz, onda atanızın kim olduğunu tanımırsız. Bu səfər bu qədər. Məsləhətim budu ki, ehtiyatlı olun”.

Babək bəyin yazdığı statusla kimə ismarıc göndərdiyi, nə də mətbuata dediyi "50 manata görə bəzi jurnalistlər sifarişli yazı yazırlar” fikri bizə maraqlı deyil. Bizim üçün əsas məsələ 2008/09 mövsümüdü. Bir il əvvəl ölkənin ən yaxşı hakimi seçilən ədalət təmsilçisi "Qarabağ” – "Bakı” matçından sonra ağdamlılardan "10 ton pesok” istəməyin qurbanı olub. Bu faktı isə aiddiyatı qurumlara "Qarabağ” rəsmiləri çatdırıb. Bunu Babək bəy də yaxşı bilir. Onu da bilir ki, telefon danışığını PFL-ə və Hakimlər Komitəsinə kim təqdim edib. Bu gün Quliyevin ölkənin ən aparıcı klubunun rəhbərliyində təmsil olunan şəxsin adını çəkməyə cürəti çatmırsa, oxu atıb yayı gizlətməyin mənası yoxdu. Sizdən istəyimiz budu ki, hər şeyi açıq-aydın yazın və dediklərinizi sübut edin. Əks halda "10 ton pesok” söhbəti qəbir evinə kimi sizin üstünüzdə olacaq. ("Futbol+” qəzeti)

Tarix: 20 Sentyabr [14:20]
Oxunub: 108 dəfə
Müəllif: Aut.az

"Səbail-2" - MOİK matçı qumara qoyuldu - FOTOFAKTLAR

Aut.az

Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək

Aut.az

FIFA-19-da ən yaxşı azərbaycanlı futbolçu

Aut.az

Azərbaycan futbolunda yeni sponsor

Aut.az

"Keşlə" Milinkoviçi Tərlan Əhmədovla əvəzləyir?

Aut.az

Müstəqillikdə Süleymanov izi: ilk qolun müəllifi, ilk kapitan...

Aut.az

MOİK uddu, “Qaradağ Lökbatan” uduzdu

Aut.az

“Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

Aut.az

Qurban Qurbanovdan millinin oyunçularına qadağa

Aut.az

"Neftçi" oynayan günü Xan Şuşinski bilirdi ki, atam heç hara getməyəcək"

Aut.az