Millimiz FIFA reytinqində 3 pillə gerilədi

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
 
Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb. Yığmamız 5 xal itirib.
 
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən Farer adaları 2 pillə geriləyərək 92-i yerə düşüb (1261 xal). Kosovo millisi 3 (1092 xal, 138-ci yer), Malta 1 (928 xal, 183-cü yer) pillə irəliləyib.
 
Belçika xal hesabını Fransa ilə bərabərləşdirərək (1729) ilk pilləyə şərik çıxıb. İlk "onluq"da başqa dəyişiklik olmayıb. 3-10-cu pillələri bu komandalar tutur: Braziliya, Xorvatiya, Uruqvay, İngiltərə, Portuqaliya, İsveçrə, İspaniya, Danimarka.
 
Türkiyə millisi mövqeyni qoruyub. "Ay-ulduzlular" 1456 xalla 38-ci pillədə qərarlaşıb. 
Tarix: 20 Sentyabr [13:30]
Oxunub: 74 dəfə
Müəllif: Aut.az

“Neftçi” dən qələbə

Aut.az

Gürcüstanla fərqimiz

Aut.az

Yaradılan “şərait”ə görə xərc - “Qəbələ”

Aut.az

AFFA-dan “Sumqayıt”ın cəzasına endirim

Aut.az

“Sabah”da intriqa - Prezidentlə baş məşqçinin qarşıdurması!

Aut.az

“CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

Aut.az

“Sabah”ın prezidentinin “gizli oyun”u

Aut.az

“Azərbaycan millisində demək olar ki, bütün futbolçular rusca danışır” - Rüfət Dadaşov

Aut.az

Almeyda 2-ci, Qarayev 4-cü oldu

Aut.az

AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

Aut.az