"Qarabağ"ın Avropada oynaması böyük üstünlükdür" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portiqaliyanın “Sportinq” klubuyla oyun öncəsi bu gün mətbuat konfransı keçirib.

"Joze Alvalade" stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis bunları söyləyib:

“Bizi ciddi rəqiblə matç gözləyir. Böyük təcrübəyə malikdilər. Bir az problemlərimiz olsa da, hər bir halda oyuna pis hazırlaşmamışıq. Rəqibi öyrənmişik. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq. Üstünlük “Sportinq” tərəfdədi. Çünki öz meydanlarında oynayır və evdə aqresssiv, aktiv çıxış edirlər. Çox qol vurmağı xoşlayırlar. Bilirik ki, bizə ağır olacaq. Ancaq rəqibi yaxşı tanıyırıq və fikrimcə, futbolçular meydanda ən yaxşı tərəflərini göstərəcəklər. Rəşad Sadıqovla bağlı qərar verilib. O, sabah meydanda olmayacaq. Ancaq Miçellə bağlı qərar vermək üçün hələ sabahadək vaxtımız var.

Bu günədək bu klubda çox məsuliyyətli işləməyə çalışmışam. Bu klubda işlədiyimə görə çox məmnunam. Bu klubu tanıtmaq üçün əlimə böyük şans düşüb və bundan maksimum yararlanmağa çalışıram. “Qarabağ”la hər yeni ölkədə olmaqla onu daha yaxından tanıtmışıq. Qarabağ torpağı Azərbaycanındı və inşallah, həmişə də olacaq. “Qarabağ” adının nə olduğunu, bölgənin başına nələrin gəldiyini yaxından dərk etmək lazımdı. Belə turnirlrədə iştirak həm ölkənin, həm də “Qarabağ” adının tanınması üçün böyük dəstəkdi. Bunun üçün klub ilk növbədə daxili çempionatda, sonra Avropa oyunlarında sabit çıxış etməlidi”.

Tarix: 19 Sentyabr [22:45]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az