Böyük bir xəyalım var: Niyə də olmasın? - Terim

Çox çətindir, bərabər şərtlərdə deyilik, hər kəs 25 oyunçu heyətə salarkən, biz 21 oyunçu sifariş edə bildik. Bütün bu çətinliklərə baxmayaraq, "niyə də olmasın?" deyirəm.
Bunu Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim ÇL-in qrup mərhələsində "Lokomotiv Moskva" ilə keçirəcəkləri oyunla bağlı danışarkən bildirib.
"Dünya böyüklüyündə bir xəyalım var. Reallaşar və ya reallaşmaz, amma daxilimdə həmişə "niyə də olmasın?" deyə öz-özümə soruşuram", - Terim qeyd edib.
O bildirib ki, qrupdakı rəqibləri öz liqalarında əldə etdikləri nailiyyətlərlə ÇL-in qrupuna düşüb: "Bu qrupda 1-ci də ola bilərik, 4-cü də. Bərabər şərtlərdə döyüşmürük. Allah izn verərsə, qrupdan çıxmaq üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, "Qalatasaray" D qrupunda "Şalke", "Lokomotiv" və "Porto" ilə mübarizə aparacaq.
Tarix: 18 Sentyabr [15:20]
Oxunub: 72 dəfə
Müəllif: Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az

"Mançester Siti"nin ulduzuna 80 milyon avroluq təklif

Aut.az

“Sevilya”da italiyalı baş məşqçi

Aut.az

"Beşiktaş"dan Avcı ilə 3 illik müqavilə

Aut.az

Marçello Lippi yenidən milli komandada

Aut.az

Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

Aut.az

Almaniyalı futbolçu İtaliya klubunda

Aut.az

Serbiya kubokunun qalibi bəlli oldu

Aut.az

UEFA Ermənistandakı stadionu diskvalifikasiya edir

Aut.az

Daha bir futbolçu "Atletiko"dan ayrıldı

Aut.az