Çempionlar Liqasının ən bahalı və ən ucuz klubları - SİYAHI

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün qrup mərhələsinə start veriləcək.
 
Startdan əvvəl turnir iştirakçılarının heyətlərinin qiymətləri açıqlanıb. "Transfermarkt"ın hesablamalarına görə Avropanın bir nömrəli klub turnirinin ən bahalı komandası "Barselona"dı. Kataloniya klubunun heyətinə 1 milyard 140 milyon avro qiymət qoyulub.
 
Heyətinin dəyəri 1 milyard 60 milyon avro olan "Mançester Siti" 2-ci pilləni tutur. Turnirin ən çox qalibi olmuş (13 dəfə) son 3 mövsümün çempionu "Real" üçüncü pillədə qərarlaşıb. Bu yay Kriştiano Ronaldonu itirən "Kral Klubu"na 969 milyon avro qiymət qoyulub.
 
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" 26-cı pilləni tutur. İstanbul klubunun ümumi dəyəri 96 milyon 650 min avrodu.
 
Post-sovet məkanı təmsilçilərindən Moskva "Lokomotiv"i 24-cü (110 milyon avro), Şaxtyor 25-ci (103 milyon avro), Moskva ÇSKA-sı 27-ci (92 milyon 950 min avro) pillədə qərarlaşıb.
 
1. Barselona (İspaniya) - 1 milyard 140 milyon avro
2. Mançester Siti (İngiltərə) - 1 milyard 60 min avro
3. Real (İspaniya) - 969 milyon avro
4. Liverpul (İngiltərə) - 876 milyon avro
5. Mançester Yunayted (İngiltərə) - 855 milyon avro
6. Tottenhem (İngiltərə) - 830 milyon 500 min avro
7. Bavariya (Almaniya) - 827 milyon 800 min avro
8. PSJ (Fransa) - 816 milyon 500 min avro
9. Atletiko (İspaniya) - 807 milyon avro
10. Yuventus (İtaliya) - 768 milyon 500 min avro
11. İnter (İtaliya) - 550 milyon 600 min avro
12. Napoli (İtaliya) - 489 milyon avro
13. Valensiya (İspaniya) - 424 milyon avro
14. Borussiya Dortmund (Almaniya) - 412 milyon 300 min avro
15. Roma (İtaliya) - 369 milyon 200 min avro
16. Lion (Fransa) - 338 milyon 750 min avro
17. Monako (Fransa) - 297 milyon 650 min avro
18. Şalke 04 (Almaniya) - 256 milyon 400 min avro
19. Benfika (Portuqaliya) - 243 milyon 400 min avro
20. Portu - (Portuqaliya) - 239 milyon avro
21. Ayaks (Hollandiya) - 225 milyon 250 min avro
22. Hoffenhaym (Almaniya) - 214 milyon 850 min avro
23. PSV (Hollandiya) - 131 milyon 350 min avro
24. Lokomotiv Moskva (Rusiya) - 110 milyon avro
25. Şaxtyor (Ukrayna) - 103 milyon avro
26. Qalatasaray (Türkiyə) - 96 milyon 650 min avro
27. ÇSKA (Rusiya) - 92 milyon 950 min avro
28. Brügge (Belçika) - 92 milyon 800 min avro
29. Yanq Boyz (İsveçrə) - 66 milyon 100 min avro
30. Srvena Zvezda (Serbiya) - 43 milyon 900 min avro
31. AEK (Yunanıstan) - 38 milyon 400 min avro
32. Viktoriya (Çexiya) - 30 milyon 350 min avro
Tarix: 18 Sentyabr [13:28]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

Əkiz atası oldu

Aut.az

5 futbolçusunu göndərir

Aut.az

Uzun müddətə sıradan çıxdı - FOTO

Aut.az

“Barselona"dan Arda Turan açıqlaması

Aut.az

"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını transfer edir

Aut.az

Fabreqas “Ginnesin rekordlar kitabı”na düşdü

Aut.az

“Qalatasaray” istəyirdi, keçmiş klubuna qayıtdı

Aut.az

Futbolçular yalan detektoru ilə test edildi

Aut.az

Yığma ilk dəfə Afrika Millətlər Kubokunda

Aut.az

"Sportinq"in qapıçısı 12 milyon avroya getdi

Aut.az