AFFA-nın yeni tapıntısı kimdir? - Stuxlik 1 milyonluq büdcəni tar-mar edib

AFFA-nın Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirilib və yeni quruma sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin edilib.
 
Avstriyalı 1994-2009-cu illərdə FIFA dərəcəli hakim olub. Sabiq referi Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. Stuxlik 2010-cu ildən FİFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FİFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı olan avstriyalı həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
 
Stuxlik barədə araşdırmalarımızda onunla bağlı Avstriya mətbuatında heç də xoş olmayan məlumatlara rast gəldik. Onun federasiyadakı işi tənqid edilib. Stuxlik Avstriya kiim futbol ölkəsində hakim yetişdirməməkdə tənqid hədəfinə tuş gəlib. Bundan əlavə, o, 1 milyonluq büdcəni şəffaf şəkildə idarə etməməkdə günahlandırılıb. Qeyd edilib ki, Stuxlik 1 milyonluq büdcəni tar-mar edib.
 
Stuxlik açıqlamasında UEFA tərəfindən AFFA-ya təklif edildiyini söylədi. Avstriyada normal struktur qurmayan sabiq referinin Azərbaycanda buna necə nail olacağı isə böyük sual altındadır. Baş katib Elxan Məmmədov illərin itirildiyini bildirdi. Bu gedişlə itiriləcək illər yenə olacaq. Stuxlikin Azərbaycanda da milyonlarla büdcəni talaması istisna deyil.
Tarix: 14 Sentyabr [19:50]
Oxunub: 92 dəfə
Müəllif: Aut.az

"AVRO-2021": Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Aut.az

MOİK-lə "Sumqayıt"dan qələbə, "Qaradağ Lökbatan" uduzdu

Aut.az

Zaur Tağızadə üçün əlamətdar gün

Aut.az

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Aut.az

Azərbaycanlı futbolçu Çexiyanın yüksək dəstə klubunda

Aut.az

Bakı klubu transferlərə niyə pul tapmayıb?

Aut.az

"Qarabağ" "Yuventus"la məzələndi - FOTO

Aut.az

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

Aut.az

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Aut.az

Elxan Məmmədovun otelini işləədn hakim həm də AFFA nümayəndəsidir

Aut.az