Stuxlik, 40 min avro və 3 nöqtə

Dünya bazarında neftin qiyməti qalxıb. İqtisadi böhran yavaş-yavaş aradan qalxır və yenə büdcə pulların dağıdılmasına start verilir…
 
Azərbaycanlılar üçün tapılmayan neft pulları əcnəbilərə asanlıqla ehsan edilir. Frits Stuxlik də bunun üçün gətirilib. Hakimliklə bağlı ciddi problemin olmadığı bir zamanda həmişə hakimlik məktəbi ilə öyünən Azərbaycana...
 
UEFA-nın tövsiyəsidi. 2 komitənin birləşdirilməsi ehtiyacı var idi, bunu başa düşürük. Amma niyə əcnəbi? Avstriyalı nəti dəyişəcək ki? Ümumiyyətlə, onun nə özəlliyi var ki, AFFA UEFA-nın əmrinə “baş üstə” deyib? Heç vaxt hansısa sahədə əcnəbilərdən xeyir görməmişik. Ən yaxşı nəticələrimiz də yerlilərlə olub, ən çətin məqamlarda da əlini daşın altına qoyan özümüzkülər olub. Bu, yerli kadrlara hörmətsizlikdi...
 
AFFA-nın baş katibi monopoliyasını qurmaqda, işləri tamamlamaqda davam edir. UEFA-nın tövsiyəsindən yararlanıb öz məqsədlərini həyata keçirir. Onun təkbaşına hakimiyyətinə mane olan PFL prezidenti Ramin Musayev çoxdan zəiflədilmişdi, bu qərarla isə tamamilə lazımsız fiqura çevrildi. Kabinetində çaydan, kofedən içər, darıxanda da istefa verib gedər. Güc ola bilmədi, gücənə də bilməyəcək...
 
Deyilənlərə inansaq, Stuxlik 40 min avro maaş alacaq. Əksər Premyer Liqa klublarının, eləcə də divizion təmsilçilərinin cəminin aylıq büdcəsi qədər. Niyə? Nə üçün? Hansı perspektiv naminə? Yoxsa neftin qiyməti artıbsa, onu xərcləmək lazımdı...(futbolinfo)
Tarix: 14 Sentyabr [19:00]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az

Musayev vurnuxur, Məmmədov izləyir

Aut.az

"Qarabağ" - "Arsenal" matçının biletləri satışda

Aut.az

Babək Quliyev həmkarını hədələdi: “Ay tupoy, ağıllı olmasan...”

Aut.az

"Qarabağ"ın son məşqi - FOTOLAR

Aut.az

Millimiz FIFA reytinqində 3 pillə gerilədi

Aut.az

“Sportinq”dən “Qarabağ”la oyun üçün azarkeşlərə müraciət

Aut.az

“Qarabağ” “Sportinq”ə qarşı - BU GÜN

Aut.az

"Qarabağ"ın Avropada oynaması böyük üstünlükdür" - Qurban Qurbanov

Aut.az