Babək Quliyev və Anar Salmanov bağışlanır! - Bu gün Elxan Məmmədovla görüşəcəklər

AFFA-da Hakimlər və Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradılmasından, yeni komitəyə sədr olaraq avstriyalı sabiq referi Fritz Stuxlikin təyin edilməsindən sonra bir neçə “günahkar”ın bağışlanması da mümkündür. Söhbət vaxtı ilə hakimlikdən uzaqlaşdırılan Babək Quliyevlə Anar Salmanovdan gedir. Vaxtı ilə Azərbaycanın ən üzdə referiləri olmuş Quliyevlə Salmanov uzun illərdi ki, hakimlik etmir. Amma...

Bu gün həm Salmanovun, həm də Quliyevin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü gözlənilir. Ola bilsin ki, görüşdə Hakimlər və Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlik də iştirak etsin.

Salmanovdan fərqli olaraq, Quliyevin yaşı yenidən hakimlik etməyə imkan vermir. Baxmayaraq ki, Elxan Məmmədov bu gün jurnalistlərə verdiyi açıqlamada Anar Salmanovun da hakimliyə qayıtmasının gündəmdə olmadığını bildirib. Amma hər şey məhz bu gün baş tutacaq görüşdə həll olunacaq. Böyük ehtimalla, Quliyevlə Salmanova yeni yaradılan Hakimlər və Hakimlər və Hakim-İnspektorlar Komitəsində iş veriləcək.

Xatırladaq ki, Quliyevlə Salmanov hakimlikdən rüşvət almaq, danışılmış oyunlarda iştirak iddiası ilə qovulmuşdu. Görəsən, onlarla bağlı yeni komitə sədri Fritz Stuxlikə hansı məlumat veriləcək, hansı məruzə ediləcək? Bəs Quliyevlə Salmanovun rüşvətə görə cəzalandırıldığını biləndən sonra Stuxlik onlarla eyni "cəbhə"də çalışmağa razı olacaqmı? Gözləyək, görək.(komanda)

Tarix: 14 Sentyabr [17:50]
Oxunub: 280 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az