Millimizdən darmadağın

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

“Sumqayıt”ın U-19 komandası ilə qarşılaşan yığma 4:0 hesablı qələbə qazanıb. U-17-nin qollarını Veysəl Rzayev, Samir Abdullayev, Valeh Qəhrəmanlı və Rauf Məhərrəmov vurub.

U-17-nin baş məşqçisi Ramin Quliyev oyunla bağlı AFFA-nın saytına açıqlama verib:

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.

Tarix: 13 Sentyabr [18:30]
Oxunub: 46 dəfə
Müəllif: Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az

Musayev vurnuxur, Məmmədov izləyir

Aut.az

"Qarabağ" - "Arsenal" matçının biletləri satışda

Aut.az

Babək Quliyev həmkarını hədələdi: “Ay tupoy, ağıllı olmasan...”

Aut.az

"Qarabağ"ın son məşqi - FOTOLAR

Aut.az

Millimiz FIFA reytinqində 3 pillə gerilədi

Aut.az

“Sportinq”dən “Qarabağ”la oyun üçün azarkeşlərə müraciət

Aut.az

“Qarabağ” “Sportinq”ə qarşı - BU GÜN

Aut.az

"Qarabağ"ın Avropada oynaması böyük üstünlükdür" - Qurban Qurbanov

Aut.az

0:7 rəzalətini yığmamıza yaşadan adam: "Uşaqlar həzz aldılar"

Aut.az