Cavadov məktəbi iflic durumda: 200-ə yaxın uşaq “Bakı”nın bazasına buraxılmır

Uşaq liqalarında yeni mövsüm başlamaq üzrədi. Amma İsgəndər Cavadov adına futbol məktəbinin komandalarının taleyi hələ də müəyyənləşməyib.
 
Buna səbəb məktəbədə toplaşan 200-ə yaxın uşağın məşq edə bilməməsidi. Onlar “Bakı” klubunun akademiyasına buraxılmır.
 
Bu baza mübahisə meydanıdı. Hafiz Məmmədova məxsus olan baza məhkəmə yolu ilə onun əlindən alınır. Obyektin tikildiyi torpaq sahəsi başqasına məxsusdu və həmin şəxslər məhkəmədə prosesi udub. Ərazidəki əmlakın sahibi olan Məmmədov indi buranı boşaltmalıdı. İş orasındadı ki, Hafiz bəy borclara görə hətta bazanı, torpağın üzərində tikdiklərini də itirə bilər.
 
Kəsəsi, qarışıq məsələdi və bazada bununla bağlı işlər iflic olub. Kimin haqlı olması ilə işimiz yoxdu, amma faktiki bazaya kimsənin girməsinə icazə verilmir. Buradakı meydançada məşq edən “Qəbələ” də bir neçə gün bazaya buraxılmadı, sonradan xüsusi icazə ilə çalışmalara davam etdilər.
 
Amma uşaq komandaları ilə bağlı məsələ fərqlidi. Bazanın gələcək sahibləri komandaları bura yaxın qoymur və prosesin yekunlaşması üçün uyğun zamanı gözləyirlər. Belədə zərbə uşaqlara dəyir. Yeni mövsüm başlayır, məktəbin komandaları məşq etmir, onların yarışa qatılıb-qatılmayacağı da sual altındadı.
 
AFFA İcraiyyə Komitəsinin üzvü olan Cavadov da problemin həllində acizdi. Halbuki bu məktəb onun gözü önündə biabır olan milli komandalarımıza namizəd yetişdirmək üçün açılmışdı. AFFA da hadisələrdən xəbərdardı, problemin həlli üçün heç bir iş görə bilmir. Bazanın yeni sahibləri ilə danışıb, uşaqlara məşq etmək üçün şərait yaradılması istənə və ya məktəb başqa uyğun yerə köçürülə bilər. Lakin heç bir əməli addım atılmır. 200 yaxın uşağın gələcək karyerası, eyni zamanda təhsili sual altına düşüb.(futbolinfo)
Tarix: 13 Sentyabr [15:20]
Oxunub: 115 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az