Bajoğlusayağı çempionat

19 günlük fasilədən sonra çempionatımızın 4-cü turu start götürür. Bu barədə PFL-in saytında, 11 sentyabr 2018-ci ildə məlumat yerləşdirilib.
 
“IV turun oyun cədvəli açıqlandı: “Sumqayıt” - “ Qarabağ” qaşılaşması “ASK Arena”da keçiriləcək”. Səbəb məlumdur - “Kapital Bank Arena” təmirə bağlandığı üçün “Sumqayıt” rəqiblərini doğma şəhərdə qəbul edə bilmir.
 
Bu gün, yəni xəbərin üstündən bir gün keçməmiş matçın yeri yenidən dəyişdirilir. Bu dəfə meydan sahibi “Qarabağ”, məkan “Azersun Arena” olur.
 
Gülməlidi deyilmi? Təssəvvür edirsizmi, bu liqanın adı Premyer Liqa, qurumun adı Peşəkar Futbol Liqasıdır. 2 həftəlik fasilə ərzində oyunun hansı stadionda keçiriləcəyini müəyyənləşdirə bilməyən üçlük - PFL, “Sumqayıt”, “Qarabağ”.
 
Azarkeş gəlmir stadionlara, hə? Azarkeş hara getsin? Hansı stadiona getsin? Saat neçədə getsin? 8 komandalı çempionatı keçirə bilmirsizsə, niyə oturmusuz orda? Bu insanların əsəbi ilə, azarkeşlərin hissləri ilə niyə oynayırsız? Bəlkə də bu, sizin üçün xırda məsələ sayıla bilər, çünki futbol anlayışınız 0-dan aşağıdı. Bunun adı sistemsizlikdi. Bu sistemsizliyə görə də futbolumuz bugündədi. Sistem çöküb, çürüyüb, lax yumurta iyi verir. Sizin keçirdiyiniz sistemsiz çempionatın nəticəsidir ki, milli komandalarımız da bu gündədir.
 
PFL-in baş direktoru Məlik Həsənov, yarım əsrə yaxındı futboldasınız, yarım əsrdi heç bir yeniliyiniz olmayıb – nə bir addım irəli, nə də bir addım geri. Yerində addımla marş. İbtidai icma qurluşundakı kimi çalışırsız.
 
PFL prezidenti Ramin Musayev, hamıya “bajoğlu” gözü ilə yanaşıb, çempionatı şəxsi fermanız kimi idarə etməyin. Bu peşəkarların çıxış etdiyi futbol çempionatıdı, Bolinisi ilə Dmanisi kəndləri arasında keçirilən  yarış deyil.
 
Bu sistemsizliyin hazırda baş rolda olan səbəbkarları həm də “Sumqayıt” və “Qarabağ” klublarıdır. Bir komanda ki, elə məhz “Sumqayıt”, alternativ yerini müəyyənləşdirib, stadionu təmirə bağlamırsa, işə düzgün yanaşmadan danışmaq olmaz. “Qarabağ” dəyişikliyin niyə məhz oyunun yeri saatı açıqlanandan sonra edilməsini xahiş edir? Çempionat, peşəkarlıq nə zamana kimi ikinci planda, şəxsi məsələlər, münasibətlər ilk sırada olacaq bizim də, futbolumuzun da, millimizin də sırası sonuncu olacaq.
 
Millimiz yenə uduzdu hə? Nə qədər ki sizlər işinizi belə yarıtmaz idarə edəcəksiz, millimiz hələ çox uduzacaq.(futbolinfo)
Tarix: 12 Sentyabr [18:20]
Oxunub: 196 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az