"Şerif"in baş məşqçisi: "Qarabağ"a simpatiyam var"

"Rəqibi qrupa düşməsi münasibətilə təbrik edirik. Bu gün güclü komandaya uduzduq. Ümid edirdik ki, sonadək, ən azı ilk hissədə bərabərliyi saxlayacağıq. Ancaq erkən qol buraxdıq. Bu, "Qarabağ"ın ilk hücumundaca baş verdi. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu".
 
Aut.az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. 
 
Oyundan əvvəl mətbuat konfransında inamlı danışan 39 yaşlı mütəxəssis komandasının zəif çıxış etdiyini bildirib: "İlk növbədə "Qarabağ"ın oyununu fərqləndirəridim. Bəzi futbolçularımız zəif çıxış etdi. "Qarabağ" bu qələbəni layiqli qazandı. Komandaya irad həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynayan komandaya uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk matçda qalib gəldik, ancaq cavab matçında qol vurmağımız lazım idi. Bunu bacarmadıq".
 
O, "Qarabağ"a simpatiyasının olduğunu bildirib: "Qarabağ"a ötən il Çempionlar Liqasında baxmışdım. Bu komandaya simpatiyam var. Bu il də elə olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi".
Tarix: 31 Avqust [02:03]
Oxunub: 110 dəfə
Müəllif: 0

İngilislər Bakı finalından niyə narazıdır? - VİDEO

aut.az

"Qarabağ"la "Neftçi" eyni saatda oynayacaq

aut.az

"Vorskla"nın baş məşqçisi: "Etiraf edirəm, gözəl oynamırdıq"

aut.az

Qurban Qurbanov: "Belə sualı gözləməzdim"

aut.az

Azərbaycanlı futbolçu yenidən Rusiya Premyer Liqasında

aut.az

"Şerif"in baş məşqçisi: "Qarabağ"a simpatiyam var"

aut.az

Qurban Qurbanov: "Bəzən evdəkilər də məndən inciyir"

aut.az

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

aut.az

"Qarabağ"la "Zirə" xal itirdi, "Sumqayıt" üçüncü pillədə

aut.az

Tərlan Əhmədov: "Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı"

aut.az